Məhkəmə qərarları › İş №3(016)-252/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-252/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-252/2025 01.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Ağsu rayonu, Keçdiməz kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağsu rayonu, Keçdiməz kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X7 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Ağsu rayonu Keçdiməz kəndi ərazisində ictimai asayişi pozub, polisin qanuni tələblərinə məhəl qoymadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, təxminən bir ay bundan əvvəl həmkəndlisi Ağsu rayonu Keçdiməz kənd sakini X8 ilə birlikdə Ağsu rayonu Keçdiməz kəndində yerləşən X1 məxsus taxıl anbarından Ağsu rayonu Keçdiməz kənd sakini X3 məxsus arpanı oğurlamaq qərarına gəlmişlər. X8 ilə birlikdə qərara gəldikdən sonra həmin günün axşamı təxmini çəkisi 3 ton olan arpanı meşoqlara yığıb anbardan çıxarmışlar. Daha sonra Ağsu rayonu Ərəbuşağı kənd sakini X10 ilə əlaqə saxlayıb Ağsu rayonu Keçdiməz kəndindən 3 ton arpanı aprmağını bildirmiş, Mahir Əsgərov da onun fikri ilə razılaşdıqdan sonra özünə məxsus olan Vaz-2106 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə aparmışlar. Bir müddət keçdikdən sonra X5 barəsində Ağsu RPŞ-nə ərizə ilə şikayət etdiyi üçün xx.xx.2025-ci il tarixdə Ağsu RPŞ-nin polis əməkdaşları ünvanına yaxınlaşıb barəsində olunan şikayət ilə əlaqədar olaraq RPŞnə dəvət edib izahatının alınmasını bildirən zaman o, RPŞ-nə getməyəcəyini izahat verməyəcəyini bildirmiş, polis əməkdaşları təkrar olaraq onları RPŞ-nə dəvət edən zaman o, nalayiq ifadələrlə küçə söyüşləri söyüb öz etirazını bildirmişdir. Sonradan isə polis əməkdaşkları onları sakitləşdirib RPŞ-nə dəvət etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Ağsu rayon X14 Patrul Xidmətinin Bölüyünün polis serjantı vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Ağsu rayon, Keçdiməz kəndinin vətəndaşının ona məxsus əmlakın oğurlanması barədə etdiyi müraciət əsasında həmin əraziyə Ağsu rayon X14 Patrul Xidmətinin bölük komandiri Aqil Tağıyev, Ağsu rayon X14 Patrul Xidmətinin bölük komandirinin müavini Gülhüseyin Rüstəmov ilə birlikdə getmişlər. Orada oğurluq edən 2 nəfər şəxsi və həmin oğurluq zamanı istifadə olunan avtomobilin sürücüsünü müəyyənləşdirmişlər. Müəyyənləşdirdikdən sonra həmin şəxslərin ünvanlarına getmiş və onları hadisə yerinə gətirmişlər. Orada həmin oğurluq edən şəxslər etdikləri əməldən boyun qaçırmış və səsküy salaraq oradan uzaqlaşmaq istəmişlər. Onlar vətəndaşlara fəaliyyətlərini pozduqlarını bildirmiş və qanuni tələblərinə tabe olmaqları ilə bağlı xəbərdarlıq etmişlər. Lakin onlar heç bir əsas olmadan, guya təqsirlərinin olmadığı üçün onlarla heç bir yerə getmədiklərini bildirmiş, haqsız halda səs-küy salıb əhalinin diqqətini özlərinə cəmləmişlər. Ona görə də onları Ağsu RPŞ-yə gətirmişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 01 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 30 avqust 2025-ci il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar