Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-254/2023 17.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X9 Natiq oğlunun sədrliyi, Rzayeva İlahə İkram qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Ağsu rayonu Ərəbuşağı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu rayonu Ərəbuşağı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-1028/2022 saylı icra vərəqinə əsasən 1632 manat əsas borc və 30 manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq X2 ödənilməlidir. Həmin qətnamə üzrə xx.xx.2023-cü il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-1028/2022 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 izahat verərək göstərdi ki, Şəxs 1632 manat pulun tutularaq X2 verilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-1028/2022 nömrəli icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcunun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılmış, lakin gəlməkdən boyun qaçırmışdır. Borclu bugünə qədər borcundan 1000 manat ödəniş etmişdir. Borclunun hazırki borcu 632 manat təşkil edir. Odur ki, barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)- 1028/2022 nömrəli icra sənədinə əsasən 1632 manat əsas borc və 30 manat dövlət rüsumu ondan alınıb X2 verilməlidir. Ötən müddət ərzində borcundan hissə-hissə ödəmişdir. İmkanı olmadığı, işsiz olduğu üçün hamısını ödəyə bilməmişdir. Bu barədə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə qətnaməsinin icrasından boyun qaçırmır. Hazırkı vaxtadək mütəmadi ödənişlər etmiş və 1632 manat borcdan 632 manat qalmışdır. Həmin borcu da qısa müddətdə ödəyəcəkdir. Borcun ödəməkdən yayınmır. Odur ki, barəsində olan protokol üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-1028/2022 nömrəli icra sənədindən görünür ki, 1632 manat əsas borc və 30 manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq X2 ödənilməlidir. - Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə Ağsu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Ağsu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən Ağsu Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunacağı, həmçinin inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur. - xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-1028/2022 saylı icra vərəqəsinə əsasən 1632 manat əsas borc və 30 manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq X2 ödənilməlidir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs X2 500 manat ödəniş etmişdir. Göründüyü kimi məhkəmə iclasında iş materialları ilə müəyyən olunmuşdur ki, 1632 manat əsas borc və 30 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq X2 verilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-1028/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar borclu icra məmurunun qanuni tələblərini qismən yerinə yetirərək borcundan ödənişlər etmiş, tərəflərin bildirdiyinə görə 632 manat borc qalmışdır. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyasi hüququ var. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda (maddə 53.0.3) inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinəəsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirərək icra sənədi üzrə borc məbləğindən 500 manat ödədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nın 43, 53, 105.1, 106-110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Q Ə R A R A ALDİM: Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün icraata qəbul edilsin. İşin baxılması Ağsu şəhəri Ağsu Rayon Məhkəməsinin binasında 10 mart 2022-ci il tarixə, saat 15:30-a təyin edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib edən şəxsin işin baxılmasında iştirakları təmin edilsin. X10 İş № 3(016)-123/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU AĞSU RAYON MƏHKƏMƏSİ 10 mart 2022-ci il Ağsu şəhəri X9 Natiq oğlu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dairə Ağsu Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq məhkəmə iclasından kənar ayrıca prossesual hərəkət etdi. Prossesual hərəkət saat 15:10-da başladı. Hakim daxil olmuş materialın prossesual qaydalarına uyğun qaydada verilibverilməməsini yoxladı və müəyyən etdi ki, inzibati material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrində nəzərdə tutulmuş tələblərə riayət olunmaqla verilib. Hakim inzibati materialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərə cavab verdiyini nəzərə alaraq, material üzrə icraata başlanılması və məhkəmə baxışına təyin edilməsini mümkün hesab edir. Hakim yerində müşavirə edərək inzibati materialın icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi haqqında qərardad qəbul etdi. Prossesual hərəkət saat 15:15-də qurtardı. Protokol 10 mart 2022-ci il tarixdə tərtib olundu. X10 AZƏRBAYCAN RESPUBLİKASİ AĞSU RAYON MƏHKƏMƏSİ CİNAYƏT İŞ № 3(016)-123/2022 MÜLKİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məhsuliyyətə cəlb olunmasına dair 1-ci instansiya məhkəməsinə Apellyasiya instansiya məhkəməsinə Daxil olub: xx.xx.2022 Daxil olmuşdur: __________________ Baxılıb: __________________________ Baxılmışdır: ______________________ Arxivə verilib: ____________________ Аrxiv №-si _______________________
Məhkəmə qərarları › İş №3(016)-254/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-254/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver