Məhkəmə qərarları › İş №3(016)-258/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-258/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-258/2024 27.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan XXX Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Ağsu rayonu, Rəhimli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağsu rayonu, Rəhimli kəndində qeydiyyatda olan və yaşayan XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: XXX Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, XXX Şəxs xx.xx.2024-cü il tarixdə Ağsu şəhəri, S.Vurğun küçəsində ictimai yerdə qohumu İnqilab Səlimovu nalayiq küçə söyüşləri ilə söymüş, polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuş bununla da İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan XXX Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu, Dəyirmanlı kəndində yaşayan xalası oğlu İnqilab onlara qonaq gəlmiş, bir qədər yeyib içdikdən sonra onunla Ağsu şəhər mərkəzinə getmək qərarına gəlmişlər. İnqilab kafelərin birində spirtli içki olan Pivə içmək istəmiş, lakin o, buna icazə verməmiş və xalası oğlu İnqilab ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı o, əsəbləşərək küçədə İnqilaba özündən asılı olmadan əsəbləşib nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. İnqilab da onu təhqir etməyə başlamış, bu zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onları bir qədər nizam-intizama dəvət etmişlər. O və xalası oğlu İnqilab polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişlər. Daha sonra həmin polis əməkdaşları onları Ağsu RPŞ-yə gətirmişlər. Əməlindən peşmandır, səhvini başa düşür. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə saat 21:30 radələrində Ağsu RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Fərid Qurbanovla birlikdə Ağsu şəhəri, S.Vurğun küçəsində hərəkətdə olan zaman Kürdəmir rayon Dəyirmanlı kənd sakini xx.xx.2002-ci il təvəllüdlü X3 və onun xalası oğlu Ağsu rayon Rəhimli kənd sakini xx.xx.1996-cı il təvəllüdlü XXX Şəxs münaqişə və mübahisə etdiklərini görmüş və onlara yaxınlaşmışlar. Nə üçün mübahisə etdiklərini soruşmuş bu zaman onlar ucadan səs-küy salaraq ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söyməyə başlamışlar. Onlar vətəndaşları nizam-intizama dəvət etmiş, lakin vətəndaşlar onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirdiyi üçün onlar vətəndaşları Ağsu RPŞ-nə gətirmişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, XXX Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 25 may 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, XXX Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, nalayiq ünvansız ifadələr işlətmiş, ictimai qaydanı kobud şəkildə pozmuşdur. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, XXX Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, XXX Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan XXX Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. XXX Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. XXX Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, XXX Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən XXX Şəxs barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, XXX Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: XXX Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 25 may 2024-cü il tarixdən, saat 22:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar