Məhkəmə qərarları › İş №3(016)-265/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-265/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-265/2024 25.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1963-cü ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsindən daxil olmuş materiala əsasən X5 tərəfindən müvafiq icra sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanmışdır. Bu barədə Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsinin rəisi X6 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X5 izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsini istifadə edir. Reklam lövhəsi yerləşdirmiş, Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsinin əməkdaşları gələrək müvafiq sənəd olmadan açıq məkanda qanunsuz reklam yayımladığını bildirmişlər və daha sonra barəsində protokol tərtib edilmişdir. Hazırda reklamı onların tələb etdiyi vəziyyətə salmış, problemi aradan qaldırmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X3 İXM-in 428.7.1-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı protokol və ona əlavə edilən fotoşəkildən görünür ki, X1 şəhəri, M.V.Vidadi küçəsində yerləşən “Mebellərin Təmiri və Sifarişin Qəbulu” obyekti üzərində tərəfindən müvafiq icra sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamışdır. - xx.xx.2024-cü il tarixli 28 saylı baxış aktından görünür ki, X1 şəhəri, M.V.Vidadi küçəsində yerləşən “Mebellərin Təmiri və Sifarişin Qəbulu” obyekti üzərində qanunsuz reklam yayımlanmasını həyata keçirmişdir. İXM-nin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X5 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-nin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, X4 İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasının həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X5 İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar