Məhkəmə qərarları › İş №3(016)-268/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-268/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-268/2024 25.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Füzuli rayonu, Horadiz kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da “Vaz 21070” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirməklə, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 09 aprel 2024-cü il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 159-cu kilometrliyi ilə Ağsu şəhəri, H.Əliyev prospektinin kəsişməsində Şəxs yolayrıcını keçmə qaydalarını pozaraq idarə etdiyi “Vaz2107” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X7 idarə etdiyi “Mercedes Benz E230” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmaya səbəb olaraq idarə etdiyi “Vaz2107” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa sərnişin oturacağında əyləşmiş X2 zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri alması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən barəsində protokl tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, o, qaynı X3 məxsus olan “Vaz2107” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “Vaz2107” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Şamaxı Yevlax magistralının Ağsu şəhəri ərazisindən keçən hissəsi ilə üzü Ağsu şəhəri istiqamətində hərəkət edirmiş. Bu vaxt avtomobili o, idarə edirmiş və həmin vaxt arvadı X8 və qızı X9 həmin avtomobildə arxa oturacaqda əyləşmişlər. Bu vaxt o, avtomobili təxminən 40 km/saat sürətlə idarə edirmiş. Bu vaxt o, Bakı-Şamaxı Yevlax magistralı ilə hərəkət edərək Ağsu dolaylarından Ağsu şəhəri ərazisinə daxil olmuş və Ağsu şəhəri, H.Əliyev prospekti magistral ilə kəsişdiyi dairəvi yola daxil olmaq üçün dairəvi yola daxil olaraq sola dönmə işıq siqnalını yandırmış və avtomobilini sola tərəf hərəkət etdirmiş. Lakin o, bu vaxt Ağsu çayının Ağsu şəhəri istiqamətindən keçən hissəsində üzü Ağsu dolaylarına tərəf gələn “Mercedes Benz E230” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobili gözləməyərək onun yoluna çıxmış və nəticədə idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə “Mercedes Benz E230” markalı, **- XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi toqquşmuşdur. Bundan sonra o, avtomobildən düşmüş, daha sonra hadisə yerinə gələn TTYB əməkdaşları onları xəstəxanaya aparmışlar. Hadisə zamanı o, ayıq vəziyyətdə olmuşdur. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materialına əlavə edilən Ağsu rayon X12 Qrupunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, qərarın surətinin Şəxs barəsində İXMnin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Ağsu Rayon Polis X18 Polisi Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da “Vaz 21070” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirməklə, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və anatomiya birliyi X17 109 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X5 bədən səthində aşkar olunan xəsarətlər – başın sağ alın-sağ qaş nahiyəsi və burun beli nahiyəsində yumşaq toxumaların əzilmiş-cırılmış yaraları, hər iki göz yuvası ətrafı nahiyədə qançırlar - küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və anatomiya birliyi X17 110 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X4 bədən səthində aşkar olunan xəsarətlər - sağ budun yuxarı 1/3-nin bayır səthində qançır- küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və anatomiya birliyi X17 111 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində, eləcə də döş qəfəsinin ön və arxa səthlərində xx.xx.2024-cü il tarixinə uyğun xəsarət izləri aşkar edilməmişdir. İXM-in 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8ci maddəsinin sanksiyasının həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar