Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-27/2023 19.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə uca səslə ünvansız söyüşlər söyməklə ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında spirtli içki qəbul etmiş, bundan bir neçə saat sonra Ağsu şəhəri, Vidadi küçəsində yerləşən Elman adlı şəxsə məxsus kafeyə getmişdir. Orda əvvəlcə tanıdığı Lətifi görmüş, ona yaxınlaşıb nərd oynamasını təklif etmişdir. Lətif əvvəl oynamaq istəməsə də sonradan razılaşmış, onlar oyun oynadığı zaman Lətif birdən oynamaqdan imtina etmiş, o da əsəbləşərək kafedə Lətiflə mübahisə edib, ünvansız söyüşlər söyüb səs küy salmağa başlamışdır. Kafeni işlədən Elman onu və Lətifi çölə çıxarmış, onlar küçəyə çıxdıqdan sonra Lətif ordan gedərkən, ona oyunu qarışdırdığı üçün bunun heyfini alacağını demişdir. Daha sonra o, həmin küçədə gəzərkən Lətifin maşınının küçədə dayandığını görmüş, maşına yaxınlaşaraq farasını və güzgülərini yumruq və təpiklə vurmuş, lakin zədə aldığını bilmədən ordan uzaqlaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Ağsu şəhəri, Vidadi küçəsində yerləşən Elman adlı şəxsə məxsus kafeyə özünə məxsus Ford Tranzit markalı, **-EK-*** nömrə nişanlı nəqliyyat vasitəsi ilə gəlmiş, maşını küçədə saxlayaraq kafeyə keçmişdir. Kafeyə getdikdə orda əvvəlcədən tanıdığı Ağsu şəhər sakini Orucun oğlu Davudu sərxoş vəziyyətdə görmüş, Davud ona nərd oynamasını təklif etmiş, o da razılaşmışdır. Bir neçə dəqiqə oynadıqdan sonra oyun zamanı Davud bir neçə dəfə mübahisəli vəziyyət yaratdığı üçün o, oyunu yarımçıq saxlayıb oynamaqdan imtina etmişdir. Bu zaman Davud ayağa qalxıb onun üstünə qışqırmış mübahisə etməyə başlamış, kafedə uca səslə danışıb hər kəsi narahat edərək ünvansız söyüşlər söymüş, o da kafedən çıxmışdır ki, Davud onunla mübahisə etməsin. Sonra həmin kafedən bir qədər kənarda yerləşən Gülağa adlı şəxsin çayxanasına öz maşını ilə getmiş, orda çay içdikdən sonra evinə getmək üçün maşına yaxınlaşanda maşının hər iki yan güzgüsü və sol farasının sındığını görmüş bunu edənin Davud olduğunu düşünmüşdür, çünki Davud onunla mübahisə edərkən ona “Səndən heyfimi çıxacam, çünkü mən oyunda səni udurdum, sən oynamadın” demişdir. O, maşına dəyən ziyanı ölçdürmüş, maşına 200 manat məbləğində ziyan dəymiş, Davud zərəri ödəməyə razılaşmamışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 19 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində sərxoş vəziyyətdə mübahisə edərək uca səslə ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Göründüyü kimi, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 05 (beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən, saat 20:30-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-27/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-27/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver