Məhkəmə qərarları › İş №3(016)-271/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-271/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-271/2024 05.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X12 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Ağsu Rayon Yol patrul xidmətinin inspektoru X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxslər X2 iştirakı ilə, Ağsu Rayon Polis Şöbəsinin İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokollarından X5 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Ağsu Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokolların ləğv edilməsini dair qərar verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 09:35-də şəxs avtomobilindən istifadə edərkən Ağsu rayon Yol Patrul xidmətinin əməkdaşı X7 tərəfindən saxlanılmışdır. Onun sürücülük vəsiqəsinin olmadığı aşkarlanmış və ona içkiyə görə Alko test müayinəsindən keçməyi tələb olunmuşdur. Onu alkotestlə müayinə etdikdən sonra içkili olduğunu bildirmişlər. O, onlarla razılaşaraq Ağsu rayon xəstəxanasında həkim müayinəsindən keçirməyi xahiş etmişdir. Onun xahişi nəzərə alınmayaraq VAZ 2103 **- BA-*** dövlət qeydiyyat nişanı olan avtomobili əlindən alınmış, özü isə Yol Patrul Xidməti avtomobilinə mindirilərək Ağsu rayon polis idarəsinə gətirilmişdir. O, 3 iyun gündüz saat 12:00 radələrində zavod istehsalı oln 50 qram qədərində spirtli içki qəbul etmiş, amma 23 saat müddətində 50 qram arağın təsiri qalmaz deyə Səməndər Vahidova onu həkim yoxlanışından keçirməsi üçün dəfələrlə müraciət etmişdir. Onun müraciəti nəzərə alınmadı və o, 09:35-də axşam saat 18:00-a kimi polis idarəsinin həyətində qalmışdır. O, Ağsu rayon Xəstəxanasına özü getmiş, qanından analiz vermişdir. Xəstəxanadan ona bildirmişdirlər ki, Polisi rəyi olmadan onu müayinə edə bilməzlər. O, yenidən polis idarəsinə qayıdaraq Səməndər Vahidovdan ona həkim komissiyasından keçmək eçen rəy verilməsini xahiş etmişdir. Xahişi yenə nəzərə alınmadı. Özü təzyiq xəstəsidir, ürək dərmanları ilə yaşayır. O, 09:35 radələrindən 18:00 radələrinə kimi polis şöbəsinin həyətində qalıb, ona 327.2 və 334.1-ci maddələri ilə cərimə təqdim olunub. Onun sürücülük vəsiqəsi yoxdur, o cərimə ilə razıdır, amma onu həkim komissiyası olmadan xəstəxananın laboratoriya testi olmadan ona içkiyə görə cərimə yazmağa haqqı yoxdur. O, onun alko test müayinəsinə inanmayır. O, içkili olmadığı üçün ona rəy verməyib. O, heç yerdə işləmir, təsərrüfatla məşğul olur, ordan olan qazancla ailəsini güclə saxlayır. Bu cəriməni ödəməyə imkanı yoxdur. Köməklik göstərilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən X5 şikayətin məzmununa uyğun izahat verərək ərizədə göstərilənləri müdafiə edib ərizənin təmin edilməsini xahiş etdi. Ağsu Rayon Yol patrul xidmətinin inspektoru X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, avtomobil sürücülük hüququ “C” olan şəxs tərəfindən idarə olunmuş, yəni minik avtomobili idarə edə bilməzmiş. Bundan əlavə, sürücü dindirilən zaman spirtli içki iyi gəldiyi üçün onlara verilən xüsusi alko test aparatı vasitəsilə sürücü yoxlanılmış və bu zaman onun içkili olduğu aşkar edilmişdir. Yoxlamanın nəticəsi olaraq qəbz çıxarılaraq iş materiallarına əlavə edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, əvvəlki aparatla həkim müayinəsindən keçmək vacib idi, lakin yeni alko test aparatı ilə həkim müayinəsinə ehtiyac yoxdur. Qeyd olunanlardan sonra Hacıyev Əlisa barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 334.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən ərizədə qeyd olunanların əsassız olduğunu bildirdi və ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 00470 nömrəli xx.xx.2024-cü il tarixdə saat 09:28-də yoxlanılmış alkotesterin nəticəsinə dair qəbzin surətindən görünür ki, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hacıyev Əlisada aşkar edilmiş alkoqolun miqdarı 4,177 %O-dir. - “İnzibati xəta haqqında” İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixdə 09:35-də tərtib edilmiş protokoldan görünür ki, “VAZ 2103” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.2 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, X3 məxsus “VAZ 2103” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanca qəbul edilmişdir. Akta hər iki tərəf imza etmişdir. - xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, X1 Əlisa Məhəmmədmehdi oğlunun idarə etdiyi “VAZ 2103” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili onun yaşadığı ünvana qədər sürüb aparmağa söz vermişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixdə “VAZ 2103” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 tərəfindən sərxoş vəziyyətdə idarə edilmişdir. Bu, iş materiallarında olan Ağsu Rayon Polis Şöbəsinin İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol və digər sübutlar ilə təsdiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin məhkəmə iclasında verdiyi izahatla bağlı bildirir ki, onun verdiyi izahatda göstərilənlər məhkəmə araşdırması zamanı hər-hansı sübutlarla təsdiq olunmur. Özünü müdafiə xarakterlidir. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, “İnzibati xəta haqqında” protokolların ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin protokollardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 114, 115, 117 və 134.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ağsu Rayon Polis Şöbəsinin İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan X5 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar