Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-274/2023 24.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu rayonu Pirhəsənli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, Ağsu rayonu Pirhəsənli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinmiş və 4000 manat məbləğində cərimə edilmişdir. Həmin qərar üzrə xx.xx.2022-ci il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə 3 ay keçsədə icra etməmişdir. Bu barədə Ağsu rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs 4000 manat məbləğində cərimənin alınıb dövlət büdcəsinə ödənilməsi ilə bağlı icra sənədi icraata daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bundan sonra borclu dəfələrlə icra şöbəsinə çağırılsa da gəlməmiş və bu barədə onun ünvanına xəbərdarlıq məktubları göndərilmişdir. Axtarış nəticəsində borclunun iştirakı xx.xx.2022-ci il tarixdə təmin edilmiş və ondan izahat alınmışdır. İzahatında imkanı olmadığından borcu ödəyə bilmədiyini və gələcəkdə də ödəyə bilməyəcəyini, işsiz olduğunu, fəhləliklə ailəsini çətinliklə dolandırdığını bildirmişdir. Bundan sonra artıq 3 aydan artıq müddət keçməsi səbəbindən barəsində İXM-nin 529.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və borclu Şəxs barəsində İXM-nin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildiridi ki, qərarın qanuni qüvvəyə minməsindən keçən bu müddət ərzində ona cəriməni ödəməsi üçün yetərincə vaxt verilməsinə və cərimənin ödənilməsi dəfələrlə tələb olunmasına baxmayaraq, o, həmin qərarı icra edə bilməmişdir. Hazırda heç bir yerdə işləmir, protkolda qeyd olunan cərimə məbləğini ödəməyə maddi imkanı yoxdur, ailəsini çətinliklə dolandırır. Heç bir əmlakı və hər hansı gəlir yeri yoxdur. Hazırda barəsində İXMnin 529.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin ******* nömrəli, xx.xx.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Ağsu rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, iş üzrə icraata başlanmış və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Qərar və bildiriş imza edilməklə borclu tərəfindən qəbul edilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. - Şəxs Ağsu rayon İcra və Probasiya şöbəsində vermiş olduğu xx.xx.2022-ci tarixli izahatının surətlərindən görünür ki, borclu uzun müddət işsiz olduğundan və maddi vəziyyətinin ağır olması səbəbindən ona yazılan cəriməni ödəməmişdir. Hazırda da ödəniş etməmişdir və ödəniş etməyə imkanı yoxdur. Onun adına hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur. - Şəxs Elektron icra sistemində olan səhifəsində edilmiş sorğunun cavabından görünür ki, onun xüsusi mülkiyyətində daşınar və ya daşınmaz əmlak, həmçinin rəsmi iş yeri yoxdur. - MN seriyalı, ******* nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2021ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmiş və İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in: 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Qanunvericiliyin normalarının tələbindən görünür ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri aşkar edildikdə İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. İş materiallarından da görünür ki, X1 inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və törətdiyi əməl düzgün olaraq İXM-nin 529.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən İXM-in 32.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən onun tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, ziyanın aradan qaldırılması üçün tədbir görməməsini, habelə əmlak vəziyyətini nəzərə alır. İXM-in: 28.1-ci maddəsinə əsasən, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 145.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.1 və ya 529.4cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarının icrasına xitam verilməldir. Yuxarıda göstərilənlərə və İXM-in 529.1, 154, 40, 43, 114-115 və 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 240 (iki yüz qırx) saat müddətində ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İnzibati tənbeh tədbirinin əvvəli inzibati xəta törədən şəxsin ictimai işlərin yerinə yetirilməsinə cəlb edildiyi andan hesablansın. Qərarın icrası Ağsu rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarının icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-274/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-274/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver