Məhkəmə qərarları › İş №3(016)-28/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-28/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-28/2023 23.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X9 Natiq oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ağsu rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Ağsu rayon Ərəbuşağı kənd bələdiyyəsinin sədri X3 iştirakı ilə xx.xx.1986-cı ildə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Ağsu rayonu Ərəbuşağı kənd qəbiristanlığının kənarına çəkilmiş dəmir toru və borunu oğurlayaraq xırda talama inzibati xətanı törətmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən xx.xx.2023cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ağsu rayonu Ərəbuşağı kənd qəbiristanlığının kənarına çəkilmiş dəmir toru və borunu oğurlamışdır.Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, tutduğu əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir və onunla barışmışdır. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Ağsu rayon Ərəbuşağı kənd bələdiyyəsinin sədri X6 izahat verərək göstərdi ki, Şəxs Ağsu rayon Ərəbuşağı kənd bələdiyyəsinə dəymiş ziyanı tam ödədiyi üçün ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəməyə yazılı şəkildə ərizə təqdim etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN seriyalı, ******* nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ağsu rayon Ərəbuşağı kənd qəbiristanlığının kənarına çəkilmiş dəmir toru və borunu oğurlayaraq İXM-nin 227-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. - Zərərçəkmiş şəxs Ağsu rayon Ərəbuşağı kənd bələdiyyəsinin sədri X3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Şəxs dəymiş ziyanı tam ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış digər sübutları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs Ağsu rayon Ərəbuşağı kənd bələdiyyəsinə vurduğu maddi ziyanı ödədiyi üçün, bununla da iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48-51, 114-115, 128-130-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: xx.xx.1986-cı ildə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olan, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar