Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-28/2024 14.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağsu rayonu, Pirhəsənli kəndində yerləşən, ona məxsus “Pirhəsənli Market” obyekti üzərində xx.xx.2023-cü il tarixdən hal hazıradək müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yerləşdirmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydasının 3.2-ci maddəsinə əsasən icazə alınmalıdır. Şəxs Ağsu rayon Pirhəsənli kəndində “Pirhəsənli” marketi açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Reklamlara icazənin alınması ilə bağlı Şəxs bildiriş göndərilərək 5 gün ərzində qanunsuz reklamı götürməsi bildirilmiş, lakin bildiriş onun tərəfindən qəbul edilsə də, qanunsuz reklam fəaliyyətini davam etdirmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, protokolda göstərilənləri qəbul etmir. Ona heç bir məlumat verilməmişdir. Əgər məlumatı olsa idi, reklamı sökərdi. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ağsu rayonu, Pirhəsənli kəndində yerləşən, ona məxsus “Pirhəsənli Market” obyekti üzərində xx.xx.2023-cü il tarixdən hal hazıradək müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yerləşdirmiş və nəticədə, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2023-cü il tarixli, 000797 saylı Aktdan görünür ki, Şəxs Ağsu rayonu, Pirhəsənli kəndində yerləşən, ona məxsus “Pirhəsənli Market” obyektində müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirmişdir. - xx.xx.2023-cü il tarixli, 000797 saylı icrası məcburi olan yazılı Göstərişdən görünür ki, Şəxs nəzərinizə çatdırılmışdır ki, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunmuş mövcud qanunvericiliyin pozuntularına dair 06 dekabr 2023-cü il tarixli, 000797 nömrəli Akt tərtib edilmişdir. “Reklam haqqında“ Azərbaycan Respublikası Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydasının 3-cü bəndinə əsasən müvafiq Aktda qeyd olunan qanun pozuntularının (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) 5 (beş) gün ərzində aradan qaldırılması Şəxs tələb olunmuş, əks təqdirdə, açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə barəsində İXM-in 428.7-ci maddəsində və Qaydanın 3.5-ci bəndində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacağı bildirilmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00-da Ağsu rayonu, Pirhəsənli kəndində yerləşən, “Pirhəsənli Market” obyektinə gəlməsi xahiş olunmuş və nəzərinə çatdırılmışdır ki, iştirak etməməsi barəsində inzibati xəta haqqında protokol tərtib olunmasına mane olmur. “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.5-ci bəndinə əsasən, müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: Həmin Qanunun 3.5.1-ci maddəsinə əsasən, reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməsi (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); Həmin Qanunun 3.5.2-ci maddəsinə əsasən, bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməsi; Həmin Qanunun 3.6-ci maddəsinə əsasən, açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilməsi; Həmin Qanunun 3.7-ci maddəsinə əsasən, müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verməsi göstərilmişdir. Beləliklə, Şəxs qeyd olunan hərəkəti X5 İdarəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Belə ki, o, müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-28/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-28/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver