Məhkəmə qərarları › İş №3(016)-280/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-280/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-280/2023 09.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ağsu Rayon Prokurorunun köməkçisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Ağsu rayonu, Ərəbuşağı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləyən, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 198.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Prokurorluğundan daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 26 may 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Ağsu Rayon Prokurorunun köməkçisi X4 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs təhlükəsizliyə riayət etməmiş, işə başlamazdan əvvəl birinci şəxs elektriki dayandırmadan yəni, mərkəzə zəng etmədən Bənəcik kəndində budaqların təmizlənməsi zamanı elektrik naqillərini təmizləyən işçini cərəyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, onda səhv olduğu kimi zərərçəkmiş şəxsdə də səhv olmuşdur. Zərərçəkmiş şəxs işə başlamazdan əvvəl ona bildirməmiş, o da xətti söndürməmişdir. Zərərçəkmiş şəxs hal-hazırda sağalıb, lakin işə çıxmır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 198.3-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarından olan xx.xx.2015-ci il tarixli, k-15-0366 saylı Əmrdən çıxarışdan görünür ki, Şəxs xx.xx.2015-ci il tarixdən "xxxx" ASC-nin X6 Enerji Təchizatı və Satışı İdarəsinin Ağsu Elektrik Şəbəkəsində 2 ay sınaq müddəti ilə usta vəzifəsinə qəbul olunmuşdur. İş materiallarından olan xx.xx.2015-ci il tarixli, k-15-0366 saylı Əmrdən çıxarışdan görünür ki, X3 xx.xx.2015-ci il tarixdən Azərişıq ASC-nin X6 Enerji Təchizatı və Satışı İdarəsinin Ağsu Elektrik Şəbəkəsində 2 ay sınaq müddəti ilə PŞİ üzrə elektrik montyoru vəzifəsinə qəbul olunmuşdur. İş materialına əlavə edilən MTE və PA Birliyinin Ağsu rayon şöbəsinin 47 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər: sol baza - çiyin oynağı nahiyəsində və bazu -dirsək-saidin arxa səthərində termiki yanıqdan sonrakı yara sahəsi, ləkə izləri, posttravmatik stress pozuntusu, sol yuxarı ətrafında ağrı və bir qədər hərəkət məhdudluğu elektrik cərəyanının orqanizmə ümumi təsiri nəticəsində törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarix və şəraitə yəni, xx.xx.2023-cü il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Göründüyü kimi, Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar