Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-280/2025 17.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxslər X6 və X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Ağsu rayonu, Gəgəli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xasayev X4 Davud Şikar oğlu və X3 məxsus əmlakı gizli olaraq oğurlamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X8 izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və Ağsu rayonu Gəgəl kəndinə getmişlər. Məlumat bundan ibarət olmuşdur ki, Ağsu rayonu Gəgəl kəndində X3 məxsus evdə 90 manat qiyməti olan sarımsaq oğurlanmışdır. Onlar həmin ünvana getmiş izahatlarını almışlar. Zərərçəkmiş şəxslər Ağsu rayonu Gəgəl kənd sakini Şəxs şübhələndiklərini bildirmişlər. Bir az keçdikən sonra Şəxs arvadı sarıımsağın bir hissəsini gətirib onlara qaytarmışdır. Bu səbəbdən, Şəxs barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, heç bir şey oğurlamamışdır. Yoldaşının da onlara aparıb göstərdiyi sarımsaq özlərinindir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, təxminən 20 gündür ki, qohumu Mahizər onun evində qonaq olmuşdur. xx.xx.2025-ci i tarixdə Mahizəri Ağsu rayonu Gəgəli kəndində yerləşən evinə aparmış, onun evinə yaxınlaşdıqda Mahizərnin qonșuluğunda yașayan əvvəlcədən də tanıdığı X10 həyətindən əlində qırmızı rəngli içi dolu olan kisə ilə çıxdığını görmüşdür. O, Hicab Xasıyevin içkiyə və mübahisəyə meyilli olduğunu evvəlcədən bildiyi üçün həmin zaman Hicaba heç bir irad bildirmədən onun hərəkətlərini kənardan müşahidə etmiş, X10 həyətindən çxaraq öz evinə getdikdən sonra o, Mahizərlə birgə həyətə girmişdir. O, Mahizərin evin qapı və pəncərələrinə baxmış və evə heç bir şəxsin girmədiyini, qapı və pəncərlərin bağlı olduğu məlum olmuşdur. Lakin sonradan Mahizərin evin açıq olan eyvanına baxarkən ora əvvəlcədən kisəyə yığaraq qoyduğu sarımsaq məhsulunun olmadığını, bundan sonra X10 evinə girərək eyvanda olan bir kisə sarımsaq məhsulunu oğurlayaraq apardığı onlara məlum olmuşdur. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında Davud Şikarovun dediklərini müdafiə edərək, Şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - “İnzibati xəta haqqında” 17 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan göründüyü kimi, Şəxs X2 məxsus əmlakı gizli olaraq talamışdır. - Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində İXM-in 227ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxslərin izahatı, Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2025-ci il tarixli qərarı, “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli protokol və digər iş materialları ilə təsdiq olunur. İXM-in 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsluliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs barəsində 200 saat müddətində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 28.1-ci maddəsinə əsasən, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İXM-in 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 200 (iki yüz) saat müddətində ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İnzibati tənbeh tədbirinin əvvəli inzibati xəta törədən şəxsin ictimai işlərin yerinə yetirilməsinə cəlb edildiyi andan hesablansın. Qərarın icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-280/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-280/2025
17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver