Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-282/2025 19.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Göyçay şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 206 və 333-1.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:30-da «Howo yük» markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə İXM-in 206 və 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol törədən şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu Kürdəmir yolunda hərəkətdə olan zaman yol hərəkəti qaydalarına riayət etməmişdir. Polis əməkdaşları maşını saxlayaraq onu nizamintizama dəvət etmişlər. Maşına baxış keçirilən zaman maşından marixuana aşkar edilmiş, bu səbəbdən vətəndaşı polis şöbəsinə dəvət edərək barəsində inzibati xətalar haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, etibarnamə əsasında təxminən 2 aydır ki, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir və yükdaşıma ilə məsğuldur. Təxminən 1 həftədir Ağsu rayonunda yerləşən "Nortvest" şirkətində işə girmiş və yerini xatırlamadığı zibilliyin yanından keçərkən 1 ədəd ağ rəngli kağız büküm tapmış va büküm onda maraq kəsb etdiyi üçün açıb baxmışdır. Bu zaman bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu bilmişdir. Belə ki, o, arabir narkotiklərdən istifadə etdiyi üçün həmin bükümü özü ilə götürmüşdür. Həmin bükümü özü az-az istifadə etmək üçün bir neçə yerə bölmüşdür. Bükümü tapdıqdan az sonra ondan az miqdarda istifadə etmişdir. O, daha sonra işi ilə bağlı Ağsu rayonuna gəlmişdir. 16 sentyabr 2025-ci il tarixdə saat 23:30 radələrində isə Ağsu rayonunda alternativ yolda işlədiyi şirkət istiqamətində hərəkətdə olarkən yol polisi onu yükün üzərini acİq qoyduğuna görə saxlatmışdır. Polis əməkdaşları ona yük daşıma qaydalarını pozduğunu bildirmiş, o, aradan qaldıracağını demişdir. Həmin vaxtı o, məlum markalı avtomașınını idarə etməzdən təxminən 2-3 saat əvvəl tapdığı marixuanadan az miqdarda qəbul etmişdir. Polis əməkdaşları onun hərəkətlərindən və danışığından şübhələnərək onun narkotik qəbul edib etməməyini soruşmuşlar. O, cavabında bir neçə saat əvvəl narkotik vasitə qəbul etməyini və hazırda da avtomaşında narkotik vasitənin olmasını bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni onlara təqdim etməsini bildirdikləri üçün özünə məxsus həmin narkotiki təqdim etmişdir. Narkotikin satışı ilə heç vaxt məşğul olmamış, yalnız arabir istifadə edir. Əməlindən peşmandır, bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 206 və 333-1.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəm iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Blməsinin 17/710 saylı, 17 sentyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs. Qablaşdırdı: Təhqiqatçı İ.Lətifov.” yazısı və imzalar olan zərfin içərisindəki 01 ədəd kağız v 01 ədəd selloan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,48 qram və 1,96 qram, ümumi çəkiləri 2,44 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri istisna edildiyindən Şəxs barəsində həmin maddə ilə cinayət işinin başlanılmasının rədd edilməsi, vətəndaş Şəxs barəsində yük daşıma qaydalarını pozması və qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan qəbul edərək sürücülük hüququ olduğu halda narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə idarə etməsi ilə bağlı Ağsu RPȘ-nin DYPB-nin YPX-nin əməkdașları tərəfindən İXM-in 327.1-ci va 333-1.1-ci maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməsi nəzərə alınması, onun əməlində İXM-in 206cı maddəsinin tərkib əlamətləri olduğundan həmin maddə ilə Şəxs barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin raportla Ağsu RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. - “İnzibati xəta haqqında” 19 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 19 sentyabr 2025-ci il tarixdə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. - xx.xx.2025-ci il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:36-da «Toyota Camry» minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməklə sərxoş halda idarə etməklə, İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:40-da inzibati qaydada tutulmuşdur. - “İnvitro” X3 tərəfindən verilmiş müayinə sənədindən görünür ki, Şəxs marixuana qəbul edilməsi faktı aşkar edilmişdir. Göründüyü kimi, Şəxs narkotik vasitə olan marixuanadan istifadə etdiyini özünün etirafı, “İnzibati xəta haqqında” protokollar və digər iş materialları ilə təsdiq edilir. İXM-in 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 206 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 206 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-282/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-282/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver