Məhkəmə qərarları › İş №3(016)-283/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-283/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-283/2025 22.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X11 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib edən şəxs – Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-738/2024 saylı icra vərəqinə əsasən Şəxs 1 uşağın saxlanılması üçün hər ay 100 manat aliment alınaraq X3 xeyrinə ödənilməlidir. Borclunun tələbkara bu günə 1138 manat borcu yaranmışdır. Bundan əlavə, Sumqayıt Şəhər Məhkəməsinin 2060)-273/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, 1 uşağın saxlanılması üçün hər ay 100 manat alınaraq X1 ödənilməsi qət edilmişdir. Borclunun tələbkara bu günə 2 icra sənədi üzrə cəmi 1502 manat borcu yaranmışdır. Həmin qətnamələr üzrə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilmişdir. Şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-421/2023 saylı və Sumqayıt Şəhər Məhkəməsinin 2060)-273/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahat verərək göstərdi ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-738/2024 saylı icra vərəqinə əsasən Şəxs 1 uşağın saxlanılması üçün hər ay 100 manat aliment alınaraq X3 xeyrinə ödənilməlidir. Borclunun tələbkara bu günə 1138 manat borcu yaranmışdır. Bundan əlavə, Sumqayıt Şəhər Məhkəməsinin 2060)-273/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, 1 uşağın saxlanılması üçün hər ay 100 manat alınaraq X1 ödənilməsi qət edilmişdir. Borclunun tələbkara bu günə 2 icra sənədi üzrə cəmi 1502 manat borcu yaranmışdır. Hazırda borcundan ödəniş edə bilmir. Məhkəmə qətnamələrini icra etmədiyinə görə barəsində Azərbayca Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 2-ci qrup əlildir, təqaüd alır. Həmin təqaüdü 2 aliment üçün yönəldilib. Heç öz dolanışığı üçün pul qalmır. Evdə anasından qalma qab-qacağı da satıb. Xəstə olduğu üçün iş verilmir. Maddi dolanışığı çox çətindir. Göstərilənlərə əsasən barəsində olan protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-738/2024 saylı icra vərəqinə əsasən Şəxs 1 uşağın saxlanılması üçün hər ay 100 manat aliment alınaraq X3 xeyrinə ödənilməlidir. - Sumqayıt Şəhər Məhkəməsinin 2060)-273/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, 1 uşağın saxlanılması üçün hər ay 100 manat alınaraq X1 ödənilməlidir. - İcraata başlamaq haqqında xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Ağsu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilmişdir. - Ağsu Rayon İcra və Probasiya Şöbəsinin bildirişlərindən görünür ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən Ağsu Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunacağı, həmçinin inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur. Göründüyü kimi məhkəmə iclasında iş materialları ilə müəyyən olunmuşdur ki, Şəxs 1 uşağın saxlanılması üçün hər ay 100 manat məbləğində aliment alınaraq tələbkar X4 verilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-421/2023 saylı qətnaməsi və 1 uşağın saxlanılması üçün hər ay 100 manat məbləğində aliment alınaraq tələbkar X2 verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2060)-273/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilmiş və icra olunması üçün icraya yönəldilmiş, borclunun isə aylıq ödənişləri ödəməsi üçün onun təqaüdünə yönləndirilmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan normaların tələbindən görünür ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, icrasına maneələr yaratmamış və bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Həmçinin, məhkəmə iclasında müəyyən olundu ki, iş materillarında olan sənədlərdən görünür ki, Şəxs qalıq borcu 1502 manat qalmışdır. Hazırda borc onun təqaüdündən tutulur və o ikinci qrup əlildir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 47-51, 114, 128-130-cu maddələrinə əsasən QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar