Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-285/2025 30.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Maraqlı şəxs “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarından X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarından şikayətlə Ağsu Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktoru vəzifəsində işləyir. Xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləyən X14 ilə xx.xx.2020-ci il tarixdə öz razılığı ilə 3 ay müddətinə yazılı əmək müqaviləsi bağlanmış və həmin tarixdən də ƏMAS proqramına daxil edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə 2024-cü il 12 avqust tarixində edilən dəyişikliyə əsasən ƏMAS proqramında göstərilən tələblər yerinə yetirilməklə elektron sistemə yerləşdirilmişdir. Əmək Məcəlləsinin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən xx.xx.2025-ci il tarixdən F.Əzizovun əmək müqaviləsinə xitam verilmiş və ona istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilmişdir. Bu barədə F.Əzizova xx.xx.2025-ci il tarixdə İnsan Resursları şöbəsinin müdiri və Direktorun İnzibati məsələlər üzrə müavinin iştirakı ilə akt tərtib edilərək şifahi xəbərdarlıq və xx.xx.2025-ci il tarixdə ƏMAS proqramı üzərindən işəgötürən və işçilər arasında rəsmi yazışmalar bölməsindən rəsmi xəbərdarlıq edilmişdir. Bundan sonra, F.Əzizov xx.xx.2025-ci il tarixdə keçmiş dövrlərdən qalmış məzuniyyətlərindən xx.xx.2025-ci il tarixdən istifadə etmək üçün xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etmiş və ona bildirilmişdir ki, həmin tarixdə məzuniyyət verilərsə Əmək Məcəlləsinin 132-ci maddəsinin 2-ci və 140-cı maddəsinin 5-ci bəndlərinin tələbləri pozulacaqdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarını əsassız hesab edir və ləğv olunmasını xahiş edir. Şikayət verən şəxs X5 və X9 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın nümayəndəsi Nümayəndə məhkəmə iclasında şikayətdə göstərilənləri müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə X14 arasında bağlanmış xx.xx.1982-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixində “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın cərrahiyyə və ümumi Cərrahiyyə şöbəsinə cərrah vəzifəsinə işə qəbul edilmişdir. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktoru Şərəbanı Məlikovanın 30 iyul 2020-ci il tarixli, 446-k nömrəli əmrindən görünür ki, cərrahiyyə şöbəsində həkim ümumi cərrah vəzifəsində çalışan X8 əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığı üçün xitam verilmişdir. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə X14 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X14 ilə yaş həddi səbəbinə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 3 ay müddətinə müddətli müqavilə bağlanmışdır. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktoru Şərəbanı Məlikovanın 30 iyul 2020-ci il tarixli, 457-k nömrəli əmrindən görünür ki, X8 yaşı 65 yaşdan yuxarı olduğu üçün o, 3 ay müddətinə Cərrahiyyə şöbəsinə 1,0 ştat vahidi Həkim ümumi cərrah – şöbə müdiri vəzifəsinə təyin edilmişdir. - xx.xx.2025-ci il tarixdə “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktoru – X5, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-da Direktorun İnzibati məsələlər üzrə müavini – X7 və “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın İnsan Resursları şöbəsinin müdiri – Nümayəndə tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:00da Cərrahiyyə şöbəsinin şöbə müdiri X14 direktorun iş otağına çağırılmış və ona bildirilmişdir ki, onun əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitir. Bu səbəbdən, onun əmək müqaviləsinə həmin tarixdən xitam veriləcəyi bildirilmişdir. - https://eroom.e-sosial.gov.az elektron kabinetdən çıxarılmış “Xidmət üçün müraciətlə bağlı” xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın Cərrahiyyə şöbəsində şöbə müdiri vəzifəsində işləyən X10 bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitir. Bununla əlaqədar onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixdən xitam veriləcəkdir. Əmək müqaviləsinə xitam verildiyi gün özünə aid olan sənədləri RMX-nin İnsan Resursları şöbəsindən götürməsi xahiş edilmişdir. - X8 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2025-ci il tarixdə “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktoru X3 müraciət edərək, son 6 ildir əmək məzuniyyətindən istifadə etmədiyini, yığılıb qalmış məzuniyyətləri olduğunu bildirmiş və məzuniyyət hüququndan istifadə etməsi üçün ona şərait yaradılmasını xahiş etmişdir. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktoru X2 31 iyul 2025-ci il tarixli, 18-1-25/3-1-586/2025 nömrəli əmrindən görünür ki, cərrahiyyə şöbəsində şöbə müdiri vəzifəsində çalışan X8 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş, işçiyə 219 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən Gülnarə Muxtarovaya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ağsu rayon sakini X8 “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ-də işləməsi, onunla bağlanılmış müddətli əmək müqavilələrinə xəbərdarlıq edilmədən xx.xx.2025-ci il tarixdə xitam verilməsi və pozulmuş əmək hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsi ilə bağlı X9 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə ünvanladığı şikayət xarakterli müraciəti Xidmətin Dağlıq Şirvan Regional Şöbəsində araşdırılır. Araşdırmaya təqdim edilmiş sənədlərə və ƏMAS-a baxışdan müəyyən edilmişdir ki, onun tərəfindən X8 əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmuşdur. Bu səbəbdən, 30 gün müddətində X8 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 18-1-25/3-1-586/2025 nömrəli əmri ləğv edib nəticəsi barədə X9 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə məlumat verilməsi tələb olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolundan görünür ki, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktoru X5 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110 və 135ci maddələrinin tələbləri pozularaq X10 əmək məzuniyyəti verilməmiş, eyni zamanda, Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmiş, nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 192.5 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarından görünür ki, X5 İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 1.500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. (1ci bənd). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. (2-ci bənd). Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. (3-cü bənd). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. (4-cü bənd). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. (5-ci bənd). Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci bəndinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 138-ci maddəsinin 1-ci bəndinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, X14 xx.xx.2020-ci il tarixində “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın cərrahiyyə və ümumi cərrahiyyə şöbəsinə cərrah vəzifəsinə işə qəbul edilmiş, onun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığı üçün xitam verilmiş, yenidən Fazil Əzizovla yaş həddi səbəbinə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixdə https://eroom.e-sosial.gov.az elektron kabinet vasitəsilə Fazil Əzizova bildiriş göndərilərək onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixdən xitam veriləcəyi bildirilmişdir. Bildiriş göndərildikdən sonra yəni, xx.xx.2025-ci il tarixdə Fazil Əzizov ərizə ilə müraciət edərək məzuniyyət hüququndan istifadə etməsi üçün ona şərait yaradılmasını xahiş etmişdir. Bundan sonra, X8 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş, işçiyə 219 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. Məhkəmə qeyd edir ki, X5 barəsində olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda Gülnarə Muxtarova tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110 və 135-ci maddələrinin tələbləri pozularaq X10 əmək məzuniyyətinin verilməməsi və Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsi göstərilmişdir. Bundan əlavə, X9 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən Gülnarə Muxtarovaya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla müəyyən edilir ki, Fazil Əzizov ilə bağlanılmış müddətli əmək müqaviləsinə xəbərdarlıq edilmədən xitam verilməsi və pozulmuş əmək hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsi ilə bağlı Şöbədə araşdırılma aparılmışdır. Məhkəmə Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbləri pozulmaqla və Fazil Əzizova xəbərdarlıq edilmədən müqaviləyə xitam verilməsi ilə bağlı qeyd edir ki, əmək qanunvericiliyinin məhz həmin tələbləri Gülnarə Muxtarova tərəfindən pozulmamışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə X14 arasında bağlanmış əmək müqaviləsi müddətli müqavilə olmuş, müddət bitdikdən sonra hər dəfə 3 ay müddətinə uzadılmış, xx.xx.2025-ci il tarixdə isə müqaviləyə müddətin qurtarması əsası ilə xitam verilmişdir. Həmin müqavilə üzrə Fazil Əzizovun çalışma müddəti 5 il olmuşdur. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinin tələbindən görünür ki, 65 yaşına çatmış işçinin çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Məhkəmə qeyd edir ki, https://eroom.e-sosial.gov.az elektron kabinetdən çıxarılmış “Xidmət üçün müraciətlə bağlı” xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, X10 elektron qaydada bildiriş göndərilərək onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitməsi səbəbindən, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixdən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Əmək Məcəlləsinin 110 və 135-ci maddələrinin tələbləri pozularaq X10 əmək məzuniyyətinin verilməməsi ilə bağlı qeyd edir ki, Fazil Əzizov xx.xx.2025-ci il tarixdə işdən çıxarılacağı barədə xəbərdarlıq bildirişini aldıqdan sonra onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə 3 gün qalmış, yəni xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək ona istifadə etmədiyi günlərin sayı qədər əmək məzuniyyətinin verilməsini xahiş etmişdir. X14 xx.xx.2020-ci il tarixdə onunla əmək müqaviləsi bağlanan zaman həmin müqavilənin müddətli müqavilə olduğunu və müqavilə bağlandıqdan sonrakı hər 3cü ayın tamamında onunla bağlanılmış müqaviləsinin uzadılmama ehtimalını da bilirdi. Lakin o, işlədiyi müddət ərzində əmək məzuniyyətindən istifadə etmək hüququndan istifadə etməmiş, xx.xx.2025-ci il tarixdə işdən çıxarılacağı barədə xəbərdarlıq bildirişini aldıqdan sonra məzuniyyətə çıxmaqla işdə qalma müddətini uzatmağa çalışmışdır. Bundan əlavə, ona 219 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilməklə istifadə etmədiyi əmək məzuniyyəti kompensasiya edilmişdir. İşdən görünür ki, X9 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin rəisi X1 Gülnarə Abbas qızı barəsində “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar qəbul edərkən xx.xx.2020-ci il tarixdə “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə X14 arasında bağlanmış əmək müqaviləsinin müddətli müqavilə olmasını, həmin müqavilənin 5 ilə qədər uzadılmasını, X10 elektron qaydada bildiriş göndərilərək onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilməsi və işçiyə istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsini nəzərə almamışdır. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati işə dair səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.6-cı maddəsinə əsasən, isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarı ləğv edilməli və iş əlavə araşdırılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar X9 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-285/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-285/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver