Məhkəmə qərarları › İş №3(016)-287/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-287/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-287/2025 26.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Ağsu rayonu, Gəgəli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təsilli, həkim işləyən, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 333.3cü maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:55-də «Mercedes Benz C 180» minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə zərər çəkmiş şəxsə maddi zərər vurmaqla İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Ağsu şəhəri, Azərbaycan küçəsində hadisə olduğu onlara bildirilmişdir. Onlar hadisə yerinə gedən zaman Şəxs hadisə törətdiyini görmüşlər. Hadisə zamanı Şəxs sərxoş olduğu müəyyən edilmişdir. Bu səbəbdən, barəsində İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə özünə məxasus «Mercedes Benz C 180» minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağsu şəhəri, Azərbaycan küçəsində hərəkətdə olan zaman avtomobilin işıqları gözünü qamaşdırış, yolu görməmiş və yolun sağında dayanan **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurmuşdur. Hadisə zamanı sərxoş olmuşdur. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus Mersesdes markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini özünə məxsus evin qarşısında saxlamışdır. Evdə olduğu müddətdə yoldan səs gəlmiş, o, yola çıxmış «Mercedes Benz C 180» minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məsus avtomobillə toqquşmasını görmüşdür. Hadisə zamanı özü maşında olmamışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXMin 333.3-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:55-də «Mercedes Benz C 180» minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə zərər çəkmiş şəxsə maddi zərər vurmaqla İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.3-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafı, məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.3-cü maddəsinin sanksiyasının həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar