Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-295/2025 02.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X10 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs – Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-174/2024 saylı icra vərəqinə əsasən Şəxs hər ay 1 uşağın saxlanılması üçün 180 manat məbləğində aliment alınaraq tələbkar X3 ödənilməlidir. Həmin qətnamə üzrə xx.xx.2024-cü il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-174/2024 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Hazırda borclunun tələbkara 3960 manat borcu yaranmışdır. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən 02 oktyabr 2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-174/2024 saylı icra vərəqinə əsasən Şəxs hər ay 1 uşağın saxlanılması üçün 180 manat məbləğində aliment alınaraq tələbkar X3 ödənilməsi barədə icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Borclunun 3960 manat borcu yaranmışdır. Borclu hər ay 100 manat ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə qətnaməsini icra etmədiyinə görə barəsində Azərbayca Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, işləmir, bu səbəbdən borcunu ödəyə bilmir. Tələbkar razı olarsa hər ay 100 manat ödəniş edə bilər. Əgər işləsə 100 manatdan əlavə ödənişlər edəcəkdir. Buna görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X5 izahat verərək bildirmişdir ki, bu günə kimi ödənişlər etməyib, artıq hər ay 100 manat verəcəyini bildirmişdir. Öz aralarında razılığa gəldikləri üçün iş üzrə icraata xitam verilməsini xahiş edir və buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-174/2024 saylı icra vərəqinə əsasən Şəxs hər ay 1 uşağın saxlanılması üçün 180 manat məbləğində aliment alınaraq X1 xeyrinə ödənilməlidir. - İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağsu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Ağsu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən Ağsu Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunacağı, həmçinin inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur. - X2 əlyazma ilə qeyd etdiyi ərizədən görünür ki, Şəxs ilə aralarında müvafiq razılığa gəldiyi üçün barəsində tərtib edilmiş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi məhkəmə iclasında iş materialları ilə müəyyən olunmuşdur ki, Şəxs hər ay 1 uşağın saxlanılması üçün 180 manat məbləğində aliment alınaraq tələbkar X3 verilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-174/2024 saylı qətnaməsi qəbul edilmiş və icra olunması üçün icraya yönəldilmiş, borclu hazırda tələbkarla aralarında razılığa gəlmişlər və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan normaların tələbindən görünür ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, icrasına maneələr yaratmamış və bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Həmçinin, məhkəmə iclasında müəyyən olundu ki, iş materillarında olan sənədlərdən görünür ki, Şəxs 3960 manat borcu vardır, borclu hazırda tələbkarla aralarında razılığa gəlmişlər və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 47-51, 114, 128-130-cu maddələrinə əsasən QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-295/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-295/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver