Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-298/2023 04.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Ağsu rayonu, Çiyni kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Çiyni kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə qayınatası Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şahin Şıxəliyev onun qayınatasıdır, onunla ədavət və düşmənçiliyi yoxdur. O, xx.xx.2023-cü il tarixdə qonşusuna ot yığması üçün əkin sahəsinə getmişdir. Saat 19 radələrində işlərini qurtarıb geri qayıdan vaxt görmüşdür ki, qayınatası onun yaşadığı evin həyətində dayanıb. Onu evə dəvət etmişdir ki, gəlib birlikdə çay içsin. Qayınatası onunla razılaşmamış və qızı Lamiyəyə bildirmişdir ki, çantalarını yığ gedirik evimizə. O, arvadı Lamiyəyə atasının evinə gedə biləcəyini bildirmişdir. Lakin anası İlhamə razılaşmamış və uşaqlarının körpə olduğunu, Lamiyənin tək uşaqlarına baxa bilməyəcəyini bildirmişdir. Bu vaxtı qayınatası Şahin anasına kobud cavab vermiş, buna görə onunla aralarında mübahisə yaranmış və sillə ilə bir dəfə onu vurmuşdur. Bundan sonra qayınatası çıxıb getmiş, daha sonra eşitmişdir ki, onun barəsində polisə şikayət etmişdir. Həmin vaxt orada arvadı Lamiyə və anası İlhamə olmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Kamram Məmmədov onun kürəkənidir, onunla ədavət və düşmənçiliyi yoxdur. Şəxs onun qızı Lamiyə ilə 2020-ci ildə ailə qurmuş, birgə nikahdan 2 övladı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində nəvəsini görmək üçün qızının yaşadığı Çiyni kəndinə getmişdir. Həmin vaxt qızı ona bildirmişdir ki, əri ilə aralarında mübahisə olur, buna görə onu öz evlərinə aparsın. Qızına atla gəldiyini, taksi götürüb gəlib onu aparacağını bildirmişdir. Qızının evindən çıxıb yaşadığı kəndə gəlmiş, daha sonra saat 19 radələrində maşın tutub qızının yaşadığı evə gəlmişdir. Orada qızını və nəvələrini aparmaq istədiyini bildirdikdə kürəkəni Şəxs onunla mübahisə etməyə başlamış, daha sonra Şəxs təpiklə və yumruqla onu vurmuşdur. Buna görə onun yaşadığı evin həyətindən küçəyə çıxıb öz mobil telefonu ilə DİN-in “102” xidməti zəng mərkəzinə müraciət etmişdir. Həmin vaxt orada qızı Lamiyə və qudası İlhamə olmuşdur. Həmçinin bildirdi ki, Şəxs ilə barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materillarına əlavə edilən “İnzibati xəta haqqında” 03 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan göründüyü kimi, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İş materialına əlavə edilən MTE və PA Birliyinin Göyçay rayon şöbəsinin 88 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərgövdənin ön səthində döş qəfəsinin sol aşağı tış hissəsində qançır küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarına əlavə edilən Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 01 iyul 2023-cü il tarixli qərarı ilə Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. İş materiallarında olan 04 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1 və 53.1.9-cu maddələrinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ilə Şəxs barışdıqlarından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 39.2, 53.0.10 və 105.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-298/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-298/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver