Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-3/2024 16.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 430.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Ağsu rayonu, Nüydi kəndində qeydiyyatda olan Şəxs MMC-nin İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin vəkili və nümayəndəsi Vəkil məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, Şəxs MMC Türkiyənin “MADEŞ METAL SANAYİ VE TİCARET LTD" şirkəti ilə bağladığı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 33.155 ABŞ dolları olan malların (dəmir prokat məhsulları) alınması üçün xx.xx.2021-ci ildə "xxxx" ASCdəki cari hesabından 33.155 ABŞ dolları pulu avans ödənişi kimi satıcı şirkətin Türkiyədəki hesabına köçürüb. Alqı-satqı obyekti olan mallar xx.xx.2021-ci ildə, yəni avans ödənişindən 13 gün sonra Azərbaycana idxal olunub və bu barədə **********8955 №-li gömrük bəyannaməsi rəsmiləşdirilib. Gömrük bəyannaməsindən görünür ki, ixracatçı/göndərən “MADEŞ METAL SANAYİ VE TİCARET LTD” şirkətinin mal qəbul edən/idxalatçı Şəxs MMC-yə göndərdiyi dəmir prokat məhsulları xx.xx.2021-ci ildə Azərbaycana idxal olunub. Şəxs MMC həmin gömrük bəyannaməsini avans ödənişinin aparıldığı gündən 2 il müddətində banka təqdim etmədiyi üçün “PAŞA Bank" ASC bu barədə Mərkəzi Banka məlumat verib və Mərkəzi Bankda MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərib. Gömrük bəyannaməsi "xxxx" ASC-yə xx.xx.2022-ci ildə təqdim olunub. Bankın xx.xx.2023-cü il tarixli PBA/B-İNC-03257-2023 №-li məktubundan görünür ki, Şəxs MMC-nin xx.xx.2021-ci ildə Azərbaycan Respublikasından kənara köçürdüyü 33.155 ABŞ dolları avans müqabilində mallar xx.xx.2021-ci ildə ölkəyə idxal olunub, lakin bu barədə **********8955 saylı gömrük bəyannaməsi "xxxx" ASC-yə xx.xx.2023-cü ildə təqdim edilib və avans üzrə qalıq 0 ABŞ dolları təşkil edir. İXM-in 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülməkdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddədə inzibati məsuliyyət malların idxalına dair gömrük bəyannaməsinin banka vaxtında təqdim olunmamasına görə deyil, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə müəyyən olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarına görə, məhkəmələr İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Şəxs MMC-nin xx.xx.2021-ci ildə avans yolu ilə ödədiyi 33.155 ABŞ dolları müqabilində mallar bu ödənişdən 13 gün sonra - xx.xx.2020-ci ildə, yəni Qaydaların 4.3.1.3-cü bəndində müəyyən edilmiş 2 illik müddət ərzində ölkəyə idxal olunub. Deməli, İXM-in 430.4-cü maddəsində göstərilən inzibati xəta törədilməyib. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş 15 noyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs MMC 33.155 ABŞ dolları məbləğində vəsaiti 28 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 33.155 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 29 oktyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. - "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, MMC-nin xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasından kənara köçürdüyü 33.155 USD avans müqabilində mallar xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasına idxal olunmuşdur. Lakin bu barədə **********8955 saylı Gömrük Bəyənnaməsi "xxxx" ASC-yə 28 dekabr 2023-cü il tarixində təqdim edilmişdir. Avans üzrə qalıq 0 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 15 noyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokolda Şəxs MMC-nin 33.155 ABŞ dolları məbləğində olan vəsaitin Bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülməsi, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət ötsə də 33.155 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etmədiyi, qabaqcadan ödənilmiş valyutanın xaricdən geri qaytarılmadığı qeyd edilmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMCnin xx.xx.2021-ci ildə Azərbaycan Respublikasından kənara köçürdüyü 33.155 ABŞ dolları avans müqabilində mallar xx.xx.2021-ci ildə ölkəyə idxal olunub, lakin bu barədə **********8955 saylı gömrük bəyannaməsi "xxxx" ASC-yə xx.xx.2023-cü ildə təqdim edilib və avans üzrə qalıq 0 ABŞ dolları təşkil edir. Məhkəmə qeyd edir ki, İXM-in 430.4-cü maddəsində inzibati məsuliyyət malların idxalına dair gömrük bəyannaməsinin banka vaxtında təqdim olunmamasına görə deyil, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə müəyyən olunmuşdur. Şəxs MMC-nin xx.xx.2021-ci ildə avans yolu ilə ödədiyi 33.155 ABŞ dolları müqabilində mallar bu ödənişdən 13 gün sonra - xx.xx.2020-ci ildə, yəni “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndində müəyyən edilmiş 2 illik müddət ərzində ölkəyə idxal olunmuşdur. Göründüyü kimi, Şəxs MMC tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş “İnzibati xəta haqqında” protokolun əsaslı olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır. İXM-in: 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.1, 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-3/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-3/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver