Məhkəmə qərarları › İş №3(016)-309/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-309/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-309/2025 21.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağsu rayon Polis Şöbəsinin polis baş leytenantı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:: Ağsu Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 21:00-da Şəxs “Vaz 2107” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağsu rayon Polis Şöbəsinin polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 21:00-da Şəxs “Vaz 2107” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Protokolun təmin edilməsini, şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 21:00-da özünə məxsus “Vaz 2107” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağsu şəhəri, Azərbaycan küçəsində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Vaz 2107” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfil sola dnmək üçün manevra etmiş, bu zaman ara məsafəsini düzgün seçmədiyi üçün idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti almamışdır. Hadisə baş verdikdən sonra sürücülük vəsiqəsi olmadığı üçün hadisə yerində dayanmadan hərəkətə davam etmişdir. Əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül cəza növündə cərimə tərtib edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 21:00-da özünə məxsus “Vaz 2107” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağsu şəhəri, Azərbaycan küçəsində hərəkətdə olarkən surətini azaldaraq sola dönmək üçün manevra edərkən arxa tərəfdən hərəkətdə olan “Vaz 2107” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuş və bədən xəsarəti almamışdır. Hadisə baş verdikdən sonra həmin avtomobil hadisə yerində dayanmadan hərəkətə davam etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində cərimə tərtib edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında protokoldan” görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat təxminən 21.00-da Şəxs “Vaz 2107” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək İXM-nin 327.1-ci, 327.6-cı və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Beləliklə Şəxs İXM-in 332.4-cü maddəsinin tələbini pozması inzibati xəta haqqında protokol və digər iş materialları ilə də təsdiq edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Ağsu Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar