Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-311/2023 14.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ağsu Rayon Polis Şöbəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1968-ci Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, ünvan 1 ünvanında qızı X4 ilə birlikdə yaşayır. X3 və onun bacısı Zərərçəkmiş şəxs X8 vasitəsilə 2021-ci ildə tanımışdır. Belə ki əvvəlcədən bir neçə şəxsə 6.000 manat məbləğində borcu var imiş. 2021-ci ilin noyabr ayında Tural Cəfərovdan ona borc pul verməsini istəmiş, T.Cəfərov da ona 6.000 manat məbləğində borc pul vermişdir. O, pulu aldıqdan bir ay sonra işdən çıxarılmışdır. Bundan sonra T.Cəfərovun anası Zərərçəkmiş şəxs və xalası Aygün Qədirova bir neçə dəfə onun evinə gələrək Tural Cəfərovun ona verdiyi 6.000 manat pulu geri istəmişlər. O, aldığı borcdan 2.100 manat məbləğində hissəni T.Cəfərova geri vermişdir. Daha sonra ayrı-ayrı vaxtlarda da ümumilikdə 500 manat məbləğində pulu Zərərçəkmiş şəxs özü vermişdir. Onun T.Cəfərova 3.400 manat məbləğində pul borcu qalmışdır. Həmin borca görə Zərərçəkmiş şəxs və Aygün Qədirova bir neçə dəfə onun evinə gələrək T.Cəfərova olan borcunu tələb etmişlər. O, qısa vaxt ərzində pulu geri qaytaracağını demişdir. Lakin o, borclu olduğu 3.400 manat məbləğində pulu geri qaytara bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs və Aygün Qədirova ilə münasibətləri pisləşmişdir. 25 aprel 2023-cü ildə saat 19 radələrində yaşadığı evin mətbəxində olan zaman evin həyətində kiminsə oduğunu görmüş, bundan sonra evin qapısına yaxınlaşıb qapını açmış, bu zaman Zərərçəkmiş şəxs və Aygün Qədirova evə daxil olmuşlar. Zərərçəkmiş şəxs onun zənglərinə nə səbəbə cavab vermədiyini soruşmuş, o mobil telefonunun qızında olduğunu bildirmişdir. Bundan sonra onlar sözlə mübahisə etməyə başlamışlar. Bu vaxt Aygün Qədirovanın halı pisləşmiş və evin mətbəxində olan kresloya əyləşmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs iki əli ilə onun sinəsindən onu geriyə doğru itələmiş və o, arxası üstə yerə yıxılmışdır. Zərərçəkmiş şəxs onun üzərinə çıxıb əlləri ilə sinəsinin üstündən basmağa və saçlarını yolmağa başlamışdır. O, Zərərçəkmiş şəxs əli ilə kənara itələyib ayağa qalxmışdır. Zərərçəkmiş şəxs onu uca səslə söyüb təhqir etməyə başlamışdır. O da Zərərçəkmiş şəxs söyüşlərinə cavab olaraq onu təhqir etmişdir. Bu zaman Aygün Qədirova mətbəxdən götürdüyü fincanla onun sol əlinə vurmuş, zərbənin təsirindən onun barmaqları əzilmiş, daha sonra o, şillə ilə Aygün Qədirovanın üzünə vurmuş, daha sonra bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmət-zəng mərkəzinə məlumat vermişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, onun ünvan 1 ünvanında yaşayan Şəxs ilə tanışlığı var. 2020-ci il tarixdə Şəxs ondan 6.000 manat borc pul istəmiş, o da pulu həmin şəxsə vermişdir. Lakin bu iki il ərzində Şəxs ona 2.400 manat pul qaytarmışdır. Sonra isə müxtəlif bəhanələrlə pulun geri qalan hissəsini qaytarmamışdır. O, Şəxs ünvanına getmiş, Şəxs ona evini banka qoyub borcunu qaytaracağını bildirmişdir, lakin aylar keçsə də qaytarmamışdır. O, dəfələrlə həmin qadına zəng vursa da zəngləri cavabsız qalmış, yenidən evinə gedəndə həmin qadın polis çağıraraq onu şantaj etmiş, borcu verməyəcəyini demişdir. O, yenidən onun ünvanına gedəndə qadın özünə xəsarət yetirmiş günahı onun üstünə atmışdır. Hal-hazırda Şəxs ilə barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materillarına əlavə edilən “İnzibati xəta haqqında” 13 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan göründüyü kimi, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İş materialına əlavə edilən MTE və PA Birliyinin Göyçay rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 38/02 saylı ekspert rəyindən görünür ki, Şəxs bədəni üzərində aşkar edilmiş sol əlin V barmağının proksimal falanqasının qapalı sınığı və sol əlin İİ barmağının uc falanaqasının ön-iç səthlərində əzilmiş yaraları xəsarətləri yerləşmə nahiyələrinə əsasən hər hansı bir küt əşya ilə vurulma nəticəsində əmələ gəlməsi, eləcə də ekspertizaya təqdim edilmiş fincanla yetirilməsi halı inkar edilmir. Həmin xəsarətlərin Şəxs öz boyu hündürlüyündən yıxılması zamanı əmələ gəlməsi inkar edilmir. İş materiallarına əlavə edilən Ağsu rayon Polis Şöbəsinin “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 19 iyun 2023-cü il tarixli qərarı ilə X5 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, onun barəsində CMin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs barələrində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Aygün Qədirovanın həmin hadisə zamanı Şəxs xəsarət yetirməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar onun özünümüdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə təsdiq edilmədiyindən rəd edilmiş, Zərərçəkmiş şəxs bacısı X7 Əliyevaya xəsarət yetirməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar sübut kimi qiymətləndirilmədən rədd edilmiş, Şəxs ifadəsi, şahid Ləman Əliyevanın ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 38 nömrəli ekspert rəyi və əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 38/02 nömrəli ekspert rəyi sübut kimi qiymətləndirilmişdir. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şəxs ilə barışmış və işin icraatına xitam verilməsini xahiş etmişdir. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1 və 53.1.9-cu maddələrinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ilə Şəxs barışdıqlarından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 39.2, 53.0.10 və 105.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-311/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-311/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver