Məhkəmə qərarları › İş №3(016)-315/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-315/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-315/2023 18.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Göyçay rayonu, Aşağı Qaraməryəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Göyçay rayonu, Aşağı Qaraməryəm kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-749/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında dindirilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-749/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 ilə ünsiyyətdə olma vaxtının hər həftənin şənbə günü saat 10:00-dan saat 17:00-dək müəyyən edilməsinə dair icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş, bildiriş və digər aidiyyəti sənədlər Şəxs göndərilmişdir. Şəxs ilə uşağı mütəmadi görüşdürmüşlər, sonuncu dəfə uşağı aparanda geri qaytarmamışdır, onlar bununla bağlı xəbərdarlıq edəndə uşağı həkimin sünnət etdiyini və ayağa qalxmağa icazə verilmədiyini bildirmişdir. Bu səbəbədən, barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-749/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən onun xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 ilə ünsiyyətdə olma vaxtı hər həftənin şənbə günü saat 10:00-dan saat 17:00-dək müəyyən edilmişdir. O, uşağı aparmış və sünnət etdirmişdir. Evlərinə aparacağını düşünsə də həkimlər uşağı ayağa qalxmağa qoymamışlar. Uşaq 3 ildir ki, sünnət olunmalı idi, lakin eləmədiklərinə görə ağrıları olurmuşdur. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatları, 18 iyul 2023-cü il tarixli, MN ******* nömrəli protokol ilə müəyyən olunur ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 ataları Şəxs ilə xx.xx.2023-cü il tarixdə saat 10:00dan saat 17:00-dək ünsiyyətdə olmaları üçün Şəxs verilmiş, görüş vaxtı bitdikdən sonra o, X1 anasına qaytarsada, X2 anasına və icra məmuruna heç məlumat vermədən və icazə almadan sünnət etdirərək, onu vaxtında anasına qaytarmamış, bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən, İXM-in 32.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, ziyanın aradan qaldırılması üçün tədbir görməməsini, habelə əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar