Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-315/2024 24.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, İnzibati Xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin inspektoru X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 326-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, İsmayıllı 713№ PPX Postunda reyd zamanı Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:05 radələrində idarə etdiyi Mercedes markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının təşkil edilməməsi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta İsmayıllı rayonunun ərazisində törədilmişdir. Məhkəmə işin aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməsinə dair proses iştirakçısının fikrini soruşmuş və proses iştirakçısı işin aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İXM-in 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, Məhkəmə hesab edir ki, inzibati xəta haqqında materiala bu məhkəmədə baxılması üçün heç bir səbəb olmadığına görə toplanmış material aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunmalıdır ki, məhkəmənin icraatına daxil olan material ilə bağlı məhkəmə aidiyyatı vaxtında, dəqiq və aydın müəyyən edildiyi təqdirdə növbəti mərhələdə işə baxılarkən prosessual müddətlərə ciddi əməl edilməklə işin mahiyyəti üzrə həll edilməsi inzibati məsuliyyət üçün müəyyən olunan müddətlərin də pozulmamasını təmin etmiş olur. AR İXM-nin 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və İXM-in 106, 109 və 110-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-315/2024
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-315/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver