Məhkəmə qərarları › İş №3(016)-316/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-316/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-316/2025 12.11.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs – Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağsu rayonu, Aratlı Curuğlu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(053)-834/2013 saylı icra vərəqinə əsasən Şəxs 1 uşağın saxlanılması üçün hər ay 100 manat aliment alınaraq X2 ödənilməlidir. Həmin məhkəmə əmri üzrə xx.xx.2013-cü il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(053)-834/2013 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Hazırda borclunun tələbkara 14600 manat borcu yaranmışdır. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən 29 oktyabr 2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(053)- 834/2013 saylı icra vərəqinə əsasən Şəxs hər ay 1 uşağın saxlanılması üçün 100 manat məbləğində aliment alınaraq tələbkar Əhmədova (Həsənova) Şəbnəm Hüseyn qızına ödənilməsi barədə icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Borclunun 14600 manat borcu yaranmışdır. Borclu hazırda borcundan 2000 manat ödəniş etmiş və qalan borcunu da hər ay 300 manat ödəniş ödəcəyinə söz vermişdir. Bununla bağlı zərərçəkmiş şəxs Əhmədova (Həsənova) Şəbnəm Hüseyn qızı məhkəməyə ərizə ünvanlayaraq borclu ilə aralarında razılığa gəldiyini, hal-hazırda ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Tələbkarın şikayətçi olmamasını nəzərə alaraq qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, aliment barədə yeni məlumatı olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs ona ev verərsə aliment istəməyəcəyini bildirmişdir. O, da ev alıb vermişdir. Məhkəmənin təyin etdiyi aliment borcunun yığılması haqqında məlumatı yeni olmuşdur. Hazırda borcundan 2000 manat ödəniş etmiş, qalan borcunu da hər ay 300 manat ödəyəcəyi barədə zərərçəkmiş şəxslə razılaşmışdır. Buna görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(053)-834/2013 saylı icra vərəqinə əsasən Şəxs hər ay 1 uşağın saxlanılması üçün 100 manat məbləğində aliment alınaraq tələbkar Əhmədova (Həsənova) Şəbnəm Hüseyn qızının xeyrinə ödənilməlidir. - İcraata başlamaq haqqında xx.xx.2013-cü il tarixli qərardan görünür ki, Ağsu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Ağsu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2013-cü il tarixli bildirişdən görünür ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən Ağsu Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunacağı, həmçinin inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur. - Balakən regional “Asan xidmət” mərkəzi notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiqlənmiş ərizədən görünür ki, Əhmədova (Həsənova) Şəbnəm Hüseyn qızının Şəxs qarşı hal-hazırda heç bir şikayəti yoxdur. - Əhmədova (Həsənova) Şəbnəm Hüseyn qızının xx.xx.2025-ci il tarixli ərizəsinin surətindən görünür ki, Şəxs hazırda aliment borcundan 2000 manat ödəniş etmiş, qalıq borcu da hər ay 300 manat ödəyəcəyinə söz vermiş və bu səbəbdən o, razılaşmışdır. Qeyd olunanlara əsasən hazırda heç bir şikayəti yoxdur. Göründüyü kimi məhkəmə iclasında iş materialları ilə müəyyən olunmuşdur ki, Şəxs hər ay 1 uşağın saxlanılması üçün 100 manat məbləğində aliment alınaraq tələbkar Əhmədova (Həsənova) Şəbnəm Hüseyn qızına ödənilməsi qəbul edilmiş və icra olunması üçün icraya yönəldilmiş, borclu hazırda borcundan 2000 manat ödəniş etmiş, qalıq məbləğidə hissə-hissə ödəməyə söz vermişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan normaların tələbindən görünür ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, icrasına maneələr yaratmamış və bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Həmçinin, məhkəmə iclasında müəyyən olundu ki, iş materillarında olan sənədlərdən görünür ki, Şəxs 14600 manat borcu vardır, borclu hazırda borcundan 2000 manat ödəniş etmişdir. Qalan borcunu da ödəyəcəyi barədə zərərçəkmiş şəxslə aralarında razılaşmışdırlar. Hazırda zərər çəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 47-51, 114, 128-130-cu maddələrinə əsasən QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar