Məhkəmə qərarları › İş №3(016)-318/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-318/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-318/2023 21.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Ağsu rayonu, Bico kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağsu rayonu, Bico kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 511.1.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs idarə etdiyi “Vaz 21074” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək göstərdi ki, Şəxs İXM-in 342.2.3, 342.5 və 511.1.2-ci maddələri ilə protokol tərtib olunmuşdur. O, avtomobilin qabaq burjununu qaldırıb arxa burjunları isə salıb. Dəfələrlə avtoxuliqanlıq edib, əhalinin dincliyini nümayişkaranə şəkildə pozub. Sürücü barəsində İXM-in 511.1.2-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə etibarnamə ilə ona məxsus olan “Vaz 21074” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Ağsu şəhəri, S.Vurğun küçəsində yolun sağ istiqamətində dayanmışdır. O, adətən Bakı şəhərində olur, maşını Ağsu şəhərinə gələndə idarə edir. Video görüntülər ona məxsusdur. Təqsirini etiraf edir, əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcək və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan video görüntüdən görünür ki, Şəxs idarə etdiyi “Vaz 21074” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs təqsiri inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, özünün ifadələri və xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokolla tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-in 511.1.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. İXM-in 511.1.2-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Normanın tələbinə əsasən, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXM-in 511.1.2-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən, İXM-in 32.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi etirafı və peşman olması inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin nəzərə alaraq hesab edir ki, onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 21 iyul 2023-cü il tarixdən saat 10:00-dan hesablansın. Qərarın icrası Ağsu Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağsu rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar