Məhkəmə qərarları › İş №3(016)-318/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-318/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-318/2025 03.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X4 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 398-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və vdideo yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olan Şəxs İXM-in 398-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 məhkəməyə iclasında bildirdi ki, operativ vergi nəzarəti zamanı Şəxs 30 oktyabr 2025-ci il tarixdə, saat 12:10-da Ağsu şəhəri, M.Rəsulzadə küçəsində xüsusi razılıq (lisenziya) olmadan diş texniki fəaliyyəti ilə məşğul olduğu aşkar edilmiş, barəsində İXM-in 398-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hal-hazırda dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən, inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xüsusi razılıq (lisenziya) olmadan diş texniki fəaliyyətlə məşğul olmuşdur. - Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, Ağsu şəhəri, Rəsulzadə küçəsində yerləşən diş kabinetində avqust ayından fəaliyyətə başlamışdır. Fəaliyyət göstərdiyi müddətdə 250 manat məbləğində gəliri olmuşdur. - “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs (VÖEN: **********) lisenziya tələb olunduğu halda belə lisenziya olmadan saat 12:10-da diş texniki fəaliyyətlə məşğul olması aşkar edilmişdir. Akt inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən imzalanmışdır. - 14.11.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs 250 manat məblğində pulu Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin hesabına köçürmüşdür. İXM-in 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. İXM-in 398-ci maddəsinin qeydinə əsasən, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödədiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında İXM-in 398-ci ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin maddənin qeydinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar