Məhkəmə qərarları › İş №3(016)-32/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-32/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-32/2024 31.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Ağsu rayonu, Çiyni kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, Ağsu rayonu, Çiyni kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 590.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 30 yanvar 2024-cü il tarixdə ona məxsus ov tüfənginin saxlanılması və daşınması qaydalarını pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, Şəxs 30 yanvar 2024-cü il tarixdə özünə məxsus xüsusi icazə olmadan ov tüfənginin saxlanılması və daşınması qaydalarını pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, özünə məxsus 12 kalibrli, 78-H22UT-026526 nömrəli, yivsiz, lüləli ov silahı var. xx.xx.2024-cü il tarixdə təxminən saat 16:10 radələrində yaşadığı Ağsu rayonu, Çiyni kənd ərazisində heyvan otaran zaman özünə məxsus olan ov silahını aparmışdır. Həmin vaxt orda xidmət aparan polis əməkdaşları ona yaxınlaşmış, silahdan düzgün istifadə etmədiyini deyib onu Polis Şöbəsinə dəvət etmişlər və birlikdə Polis Şöbəsinə gəlmişlər. Əməlindən səmimi peşmandır. Ona yüngül inzibati tənbeh tədbirinin verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 590.1-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 30 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 30 yanvar 2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan ov tüfənginin saxlanılması və daşınması qaydalarını pozmuşdur. Göründüyü kimi, Şəxs İXM-in 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 590.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar