Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-321/2023 24.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Şamaxı rayonu, Dəmirçi kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkumluğu olmayan, Şamaxı rayonu, Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 24 iyul 2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında bildirdi ki, 24 iyul 2023-cü il Şamaxı rayonu, Dəmirçi kənd sakini Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Ağsu şəhərində tanışı İlqar adlı şəxs özünə məxsus traktoru təmir etmək məqsədi ilə onu Ağsu şəhərinə dəvət etmiş, o da həmin gün özünə məxsus “Vaz 21021” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu şəhərinə gəlmiş, o, Ağsu şəhəri, Azərbaycan küçəsində olarkən Ağsu RPŞ-nin DYPB-nin əməkdaşları ona yaxınlaşaraq avtomobilinə görüntü məhdudlaşdıran kustar üsulla hazırlanmış pərdələr olduğunu bildirib, irad tutmuşlar və avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişlər. O da həmin vaxt polis əməkdaşlarına avtomobilin duracağa yerləşdirilməli olmadığını demiş, buna görə də aralarında mübahisə yaranmışdır. Daha sonra polis əməkdaşları onu rayon polis şöbəsinə gətirmişlər. O, səhvini başa düşür, əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis baş serjantı X2 izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Səməndar Vahidovla birgə xidmətdə olarkən Ağsu şəhəri, Azərbaycan küçəsində hərəkətdə olan “Vaz 21021” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobildə görüntü məhdudlaşdıran kustar üsulla hazırlanmış pərdədən istifadə olunduğu üçün avtomobili saxlayıb, duracağa yerləşdirilməli olduğunu bildirmişlər. Lakin sürücü onların qanuni tələblərini yerinə yetirməyib avtomobilin nasaz olduğunu bildirmişdir. Həmin şəxsi nizam intizama dəvət etsələr də sürücü onların qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan hərəkətləri etməsi sübuta yetirilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-321/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-321/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver