Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-328/2023 31.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Ağsu rayonu, Ərəbuşağı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təsilli, işsiz, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 333.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:45-də “Qaz 311000” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə zərər çəkmiş şəxsə maddi zərər vurmaqla İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Ağsu dolaylarında hadisə olduğu onlara bildirilmişdir. Onlar hadisə yerinə gedən zaman Şəxs hadisə törətdiyini və hadisə yerindən çıxıb getdiyini görmüşlər. Onlar dərhal tədbir görərək Şəxs saxlamışlar və sərxoş olduğunu müəyyən etmişlər. Bu səbəbdən, barəsində İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 23:45 radələrində etibarnamə ilə idarə etdiyi “Qaz 311000” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şamaxıya tərəvəz aparırmış, perevala çıxan zaman sərxoş olduğu üçün idarəetməni itirmiş, “Vaz 21013” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə toqquşmuşdur. Hadisədən sonra 10 metr sürərək maşını irəlidə saxlamışdır. Daha sonra polisin gəlmədiyini görüb çıxıb getmişdir. Əməlindən çox peşmandır, ona görə də, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 çıxış edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə etibarnamə ilə ona məxsus olan “Vaz 21013” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Bakı Şamaxı Yevlax yolunun 157-ci km-də üzü Ağsu istiqamətində hərəkətdə olan zaman yuxarı qalxan “Qaz 311000” minik markalı maşın sərt döngədə onun hərəkət yoluna çıxaraq onun avtomaşınını vurmuş və hadisə yerindən yayınmışdır, hadisə zamanı maşında tək imiş, heç bir xəsarət almamış, lakin avtomaşına maddi ziyan dəymişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 333.3-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:45-də “Qaz 311000” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə zərər çəkmiş şəxsə maddi zərər vurmaqla İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolu ilə müəyyən olunur ki, Şəxs avtomobili idarə edərkən ağır dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs idarə etdiyi “Qaz 311000” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman idarəetməni itirərək X1 idarə etdiyi “Vaz 21013” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurması nəticəsində “Vaz 21013” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1.222 manat məbləğində maddi ziyan dəymişdir. İXM-in 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.3-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.3cü maddəsinin sanksiyasının həddində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 15 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 31 iyul 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-328/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-328/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver