Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-33/2023 24.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu rayonu, Rəhimli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, Ağsu rayonu, Rəhimli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 11 yanvar 2023-cü il tarixdə, saat 11:00 radələrində Ağsu rayonu, Rəhimli kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan ov tüfənginin saxlanılması və daşınması qaydalarını pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, 11 yanvar 2023-cü il tarixdə, saat 11:00 radələrində Ağsu RPŞ-nin PPXB-nin manqa komandiri, polis serjantı Salman Həsənov və polis nəfəri, polis serjantı Mahmud Ağayev ilə birlikdə xidmət edən zaman Ağsu rayonu Rəhimli kənd sakini Şəxs sənədsiz ov tüfəngi daşıdığını görmüşlər və ona həmin silaha dair sənəd təqdim etməsini bildirəndə silahın sənədi olmadığını bildirmişdir. Daha sonra həmin şəxsi özləri ilə RPŞ-nə dəvət edərək gətirmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, yaşadığı evdə mərhum atasından qalma tək lülə ov tüfəngi vardır. Həmin silahı yırtıcı heyvanlardan qorunmaq üçün yaşadığı evdə saxlayır. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində heyvanlarını sahədən gətirməyə gedən zaman evdə saxladığı lüləsi T0003, gövdəsi K81811 nömrəli ov tüfəngini götürərək evdən çıxmışdır. Silahı çiyninə ataraq evdən çıxıb kəndin yolu ilə gedəndə polis əməkdaşları onu saxlayıb silaha dair sənəd olduğunu soruşmuş və o, silahın sənədi olmadığını, atasından ona yadigar qaldığını demişdir. Sonra polis əməkdaşları onu dəvət edərək RPŞ-nə gətirmişlər. Həmçinin bildirdi ki, lüləsi T0003, gövdəsi K81811 nömrəli, tək lülə, 16 kalibrli mülki ov tüfəngi mərhum atasından yadigar qalmış, silahın heç bir sənədi yoxdur, silahdan heç bir atəş açmamış, ov etməmişdir. Əməlindən səmimi peşmandır. Buna görə də ona yüngül inzibati tənbeh tədbirinin verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 24 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs 11 yanvar 2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan ov tüfənginin saxlanılması və daşınması qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilən Ağsu rayon X3 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 16 kalibirli, T 0003, K81811 nömrəli tək lülə mülki ov tüfəngi müsadirə edilməklə barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 16 kalibirli, T 0003, K81811 nömrəli tək lülə mülki ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-33/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-33/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver