Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-331/2025 18.11.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Ağsu rayonu, Bozavand kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Ağsu Rayon Bozavand kənd sakinləri tərəfindən onların vatsap nömrəsinə nalayiq ifadələr, təhqirlər gəlməsi ilə bağlı şikayət daxil olmuş, aparılan araşdırmaya əsasən nömrənin Şəxs aid olmasından şübhələnilmişdir. Vətəndaş Ağsu şəhəri, M.Ə.Sabir küçəsində polis əməkdaşları tərəfindən saxlanılmış, izahat verməsi üçün RPŞ-nə dəvət olunmuşdur. RPŞ-də izahatı alınan zaman o, səs küy salmış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, Bakı şəhərinə gedirmiş, polis əməkdaşları onu saxlayıb polis şöbəsinə dəvət etmişlər. O, heç bir tabesizlik göstərməmiş, ucadan səs-küy salmamışdır. Barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2025ci il tarixdə RPŞ-nin İTB-nin sahə polis nəfəri Orxan Cəfərov və ÌTB-nin sahə rəisi polis baş leytenantı Rəcəb Əhmədli ilə birlikdə Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində olduqları zaman RPŞ-nin TB-də barəsində araşdırılma aparılan Ağsu rayon Bozavand kənd sakini X1 izahatının alınması üçün RPŞ-nə dəvət edən zaman o, uca səslə nalayiq ifadələr işlədib ucadan səs-küy salaraq RPŞ-nə getməyəcəyini bildirmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də həmin şəxs RPŞ-nə getməyəcəyini bildirib uca səslə nalayiq ifadələr işlətməyə başlayıb onların qanuni tələblərinə məhəl qoymayıb RPŞnin inzibati binasının ətrafinda olan vətəndaşların diqqətini öz üzərinə çəkmişdir. Daha sonra onlar həmin şəxsi sakitləşdirdikdən sonra RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, xx.xx.2025ci iİ tarixdə RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı Rəcəb Əhmədli və İTB-nin CAB-ın ə/m polis kiçik leytenantı Şücayət Məmmədov ilə birlikdə Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində olduqları zaman RPŞ-nin İB-də barəsində araşdırılma aparılan Ağsu rayon Bozavand kənd sakini Şəxs izahatının alınması üçün RPŞ-nə dəvət edən zaman o, uca səslə nalayiq ifadələr işlədib ucadan səs-küy salaraq RPŞ-nə getməyəcəyini bildirmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də həmin şəxs RPŞnə getməyəcəyini bildirib uca səslə nalayiq ifadələr işlətməyə başlayıb qanuni tələblərinə məhəl qoymayıb RPŞ-nin inzibati binasının ətrafında olan vətəndaşların diqqətini öz üzərinə çəkmişdir. Daha sonra onlar həmin şəxsi sakitləşdirdikdən sonra RPŞ-yə gətirmişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 18 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. - “İnzibati qaydada tutma haqqında” 17 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:30-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 17 noyabr 2025-ci il tarixdən, saat 13:30-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-331/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-331/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver