Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-334/2025 25.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair X3 xidmətinin Bakı Şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayəti əsasında Azərbaycan Republikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin vəzifəli şəxsinə müraciətlə əlaqədar xx.xx.2025-ci il tarixli, 3-17-5/2-82395/2025 saylı məktub göndərilmiş, qeyd olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X3 xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Məktub xx.xx.2025-ci il tarixdə çatdırılsa da tələb olunan sənədlər şöbəyə təqdim edilməmişdir. Bu barədə X3 xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin İXM-in 539.3-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İnzibati xəta haqqında 05 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X1 şikayəti əsasında Azərbaycan Republikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-nin vəzifəli şəxsinə müraciətlə əlaqədar xx.xx.2025-ci il tarixli, 3-17-5/2-82395/2025 saylı məktub göndərilmiş, qeyd olunan sənədlər 7 (yeddi) iş günü ərzində X3 xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Məktub xx.xx.2025-ci il tarixdə çatdırılsa da, tələb olunan sənədlər şöbəyə təqdim edilməmiş və İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-Ə-55786/2025 saylı Şəxs MMC-yə yazılmış məktubundan görünür ki, X2 Şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyi yanında X3 xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş müraciətinə baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq X2 müraciətinə münasibət bildirilməsi və aşağıda qeyd olunmuş sənədlərin 7 (yeddi) iş günü ərzində X3 xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1113, ünvan 3 İXM-in 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində İXM-in 539.3-cü maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İXM-in 539.3-cü maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-334/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-334/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver