Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-336/2023 08.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Qasımov babək Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,subay, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küşəsindəki çay evində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küşəsində yerləşən 111 pub çay evini icarəyə götürüb işlədən Şəxs bir neçə vətəndaşa qanunla müəyyən edilməmiş yerdə tütün çəkdikləri üçün inzibati protokol yazaraq bir neçə dəfə xəbərdarlıq etmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 20:30 radələrində tərələrindən Ağsu rayon ərazisində belə fəaliyyət göstərən obyektlərə eyni zamanda söz gedən 111 pub çay evində reyd keçirilmiş yenə də həmin obyektdə bir neçə vətəndaş tütün və qəlyan məmunatları qəbul etdikləri aşkar edilmişdir. O polisin qanunla tutduğu iradları səmimi qəbul etmədiyi üçün tərəflərindən RPŞ-nə gətirilmişdir. Bu zaman Şəxs da etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, O, Ağsu şəhəri M.Ə.Rəsulzadə küşəsində yerləşən 111 pub çay evini işlədir. Ağsu RPŞ-nin PPX-nın əməkdaşları xx.xx.2023-cü il tarixdə təxminən 21:00 radələrində çay evinə yaxınlaşdılar. Həmin vaxtı orada olan müştərilər qapalı məkanda siqaret və qəlyan çəkdiyi üçün onlara irad bildirərək qapalı məkanda siqaret çəkilməsinin inzibati xəta olduğunu izah edib onları bölməyə dəvət etmişlər və onlar da onlar da polis şöbəsinə getmişlər. Onun heç bir təqsiri yoxdur. Polisin qanuni tələblərini pozmamışdır, belə ki, polis şöbəsinə dəvət edilmiş o, da öz növbəsində heç bir etiraz bildirmədən getmişdir. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-nin: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin: 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, onun əməlində polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamasına dair sübut iş materiallarına əlavə edilməmiş və ya məhkəmə araşdırması zamanı belə sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetirilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-336/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-336/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver