Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-339/2025 25.11.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Ağsu Rayon Polis Şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Ağsu rayonu, Kəlağaylı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu rayonu, Kəlağaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 332.4cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:38-də idarə etdiyi «Qaz 3110» minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Şamaxı-Yevlax yolunun 165-ci km-də hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğu üçün «Kia Sorento» markalı **-FG-*** dövlət qeydiyyat nişanlı və «Ford Transit» markalı **-VL-*** dövlət qeydiyyat nişanlı maşınları idarə etdiyi maşınla vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 165-ci km-də yəni, Ağsu rayonu Yenilik kəndində Ford, Kia və Qaz 3110 markalı avtomobillər eyniistiqamətli hərəkət edən zaman Ford markalı avtomobilin sahibi geriyə dönmə əməliyyatı etmiş, «Kia Sorento» markalı avtomobilin sahibi maşını saxlamış, lakin Şəxs idarə etdiyi «Qaz 3110» minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamamış və o, «Kia Sorento» markalı avtomobillə, həmin avtomobil də qarşısında olan «Ford Transit» markalı avtomobillə toqquşmuş, nəticədə, hər iki avtomobilə maddi ziyan dəymişdir. Şəxs ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, hadisə eynilə polis əməkdaşının dediyi kimi olmuşdur. Əməlindən səmimi peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXMin 332.4-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 25 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:38-də idarə etdiyi «Qaz 3110» minik markalı, **-OT- *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Şamaxı-Yevlax yolunun 165-ci km-də hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğu üçün «Kia Sorento» markalı **-FG-*** dövlət qeydiyyat nişanlı və «Ford Transit» markalı **-VL-*** dövlət qeydiyyat nişanlı maşınları idarə etdiyi maşınla vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. - 24 noyabr 2025-ci il tarixli, 143 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs hadisə baş verən zaman sərxoş olmamışdır. Beləliklə, Şəxs İXM-in 332.4-cü maddəsinin tələbini pozması, özünün səmimi etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə də təsdiq edilir. Bu səbəbdən, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs şəxsiyyətini və səmimi peşmanlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 332.4-cü maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-339/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-339/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver