Məhkəmə qərarları › İş №3(016)-34/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-34/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-34/2024 31.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Abşeron rayonu, Masazır kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 342.9cu maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:41-də “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməklə İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, 19 yanvar 2024-cü il tarixdə Şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hər iki nömrəsinin görünməməsi üçün üstünü palçıqlamışdır. Buna görə də, onun nəqliyyat vasitəsini saxlayaraq müvəqqəti duracağa yerləşdirmişlər. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, X3 qonşusudur, onunla ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə məhəllələrində Famil İbadov ilə görüşmüş, həmin vaxt Famil İbadov ona bildirmişdir ki, onunla birlikdə Ağsu rayonunda yaşayan qayınatası evinə gedib qayıtsın. Famil İbadov ilə razılaşmış və birlikdə idarə etdiyi “Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu rayonuna getməyə başlamışlar. Daha sonra yolda avtomobili idarə etmək üçün Famil İbadova vermiş, artıq gecə olduğu üçün yuxusu gəldiyindən o, avtomobildə yatmış, avtomobili Famil idarə etmişdir. O, səhərə yaxın yuxudan ayılanda görmüşdür ki, avtomobil tanımadığı bir ərazidə batıb qalmışdır. Onlar yoldan keçən şəxslərin köməkliyi ilə avtomobili batdığı yerdən çıxarmışlar. Daha sonra Famil ilə birlikdə Ağsu rayonu, Qaradağ kəndinə gəlmişlər. Orada Famil qayınatasının yaşadığı evə girib bir neçə dəqiqə orada olduqdan sonra sumka götürüb geri qayıtmışdır. Yenidən onun avtomobilinə əyləşib Bakıya getmək istəyərkən yolda polis əməkdaşları onları saxlamış və RPŞ-nə dəvət etmişlər. Famil İbadovun avtomobil idarə etmək üçün sürücülük hüququ yoxdur. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 342.9-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:41-də “Toyota Prius” markalı, **-UP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməklə İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, özünün etirafı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 342.9-cu maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 342.9-cu maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar