Məhkəmə qərarları › İş №3(016)-341/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-341/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-341/2025 26.11.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Ağsu Rayon Polis Şöbəsinin nümayəndəsi X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləyən, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 332.4cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi Muravey markalı nəqliyyat vasitəsilə Ağsu şəhəri, H.Əliyev küçəsində hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr edən maşını keçmək istəyərkən “Vaz 2106” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı maşını idarə etdiyi maşınla vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Ağsu şəhəri, H.Əliyev küçəsində qəza olması ilə bağlı Rayon polis şöbəsinə məlumat daxil olmuşdur. O, hadisə yerinə getmiş, Şəxs məxsus dövlət qeydiyyat nişanı olmayan Muravey markalı nəqliyyat vasitəsi ilə X2 aid “Vaz 2106” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğunu müəyyən etmişdir. Onlar izahat alınması üçün Rayon polis şöbəsinə gətirilmişdir. Şəxs barəsində cərimə növündə inzibati cəza təyin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə Ağsu şəhəri, H.Əliyev küçəsində hərəkətdə olan zaman aralığa 30-40 metr qalmış dönmə işıqlarını vurmuş, birdən “Vaz 2106” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil yoluna çıxmış və qəza baş vermişdir. Əməlindən səmimi peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə uşaqları məktəbə aparırmış, işıqfordan keçmək istəyərkən qəflətən Muravey markalı nəqliyyat vasitəsi onu vurmuşdur. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXMin 332.4-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 26 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:20-də idarə etdiyi Muravey markalı nəqliyyat vasitəsilə Ağsu şəhəri, H.Əliyev küçəsində hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğu üçün “Vaz 2106” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı maşını idarə etdiyi maşınla vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “Vaz 2106” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı maşına 175 manat məbləğində ziyan dəymişdir. Beləliklə, Şəxs İXM-in 332.4-cü maddəsinin tələbini pozması, özünün səmimi etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə də təsdiq edilir. Bu səbəbdən, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs şəxsiyyətini və səmimi peşmanlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 332.4-cü maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar