Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-344/2023 28.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi ilə, xx.xx.1957-ci ildə Tovuz rayonu, Qədirli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, ailəli, "xxxx" ASC-də sahə ustası işləyən, Tovuz rayonu, Qədirli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Abşeron rayonu, Mehdiyabad kəndi qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 198.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Prokurorluğundan daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Prokurorluğundan daxil olmuş 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qeyd edilən qərarda göstərilmişdir ki, 04 avqust 2023-cii il tarixdə, saat 14:00-da "xxxx" ASC-nin sahə rəisi Həyatuİlayev X5 rayon prokurorluğuna müraciət edərək bildirmişdir ki, 03 avqust 2023-cü il tarixdə saat 18 radələrində Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun ərazisindən keçən hissəsinin 1 lot üzrə tikilən sahəsinin 1.1 kmdə ekskavator operatoru olan X2 yıxılaraq xəsarət almışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində sahə ustası işləyən Şəxs 03 avqust 2023-cü il tarixdə saat 18 radələrində Şamaxı-İsmayıllı avtomobil yolunun 1 lot üzrə tikintisi həyata keçirilən sahəsinin 1.1 kilometrliyində, yəni Ağsu rayonunun ərazisində karkasların ərazidən götürülməsinə tapşırıq verib həmin işlərin icrası zamanı əməyin mühafizəsinə nəzarət etməyərək ehtiyatsızlıqdan ekskavator maşinisti X1 ərazidə qazılmış svayların, yəni quyuların üzərindəki dəmir toru qırağa çəkib içərisinə baxdıqdan sonra arxası üstə həmin quyunun içərisinə yıxılması nəticəsində sonuncunun Th12 -- L1 fəqərələrin kompression, qəlpəli, fəsadlaşmamış, incik sümüyünün aşağı 1/3 hissəsinin yerdəyişmiş, qamış sümiiyü distal epifızinin oynaq daxili erdoyişmiş və qəlpəli aşıq sümüyü danımın media! kənarının yerdəyişmiş, oynaq daxili sınıqlarından və so i aşıq balet ır oynağının yarını çıxığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər almasına səbəb olan hərəkətlərə yol vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Ağsu rayon Prokurorluğu məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar edilmələrinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Ağsu rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 198.3-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarından olan xx.xx.2020-ci il tarixli, iq-121 saylı Əmrdən çıxarışdan görünür ki, Şəxs ilə xx.xx.2020-ci il tarixdən "xxxx" ASC-də AR ƏM-nin 47-ci maddəsinin “c” bəndinə müvafiq müddətli əmək müqaviləsi bağlanmaqla sahə ustası vəzifəsinə işə qəbul edilmişdir. İş materialına əlavə edilən MTE və PA X3 Şəxsi Göyçay rayon şöbəsinin 144 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər: Th12--L1 fəqərələrin kompression, qəlpəli, fəsadlaşmamış, incik sümüyünün aşağı 1/3 hissəsinin yerdəyişmiş, qamış sümüyü distal epifızinin oynaq daxili yerdəyişmiş və qəlpəli aşıq sümüyü damının medial kənarının yerdəyişmiş oynaq daxili sınıqları və sol aşıq-baldır oynağının yarım çıxığı küt bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətləri xx.xx.2023-cü il tarixində baş vermiş hadisə nəticəsində əməmlə gəlməsi halı inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Göründüyü kimi, Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-344/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-344/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver