Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-347/2023 22.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə ünvan 1ində anadan olan,Azərbaycan Respublikasının vətəndaşı,evli, orta təhsilli,fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Məhkəməsinin 3(016)-159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Ağsu rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Şəxs Ağsu Rayon Məhkəməsinin 3(016)-159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağsu rayon Məhkəməsinin 3(016)-159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs 3000 manat məbləğində cərimənin alınıb dövlət büdcəsinə ödənilməsi ilə bağlı icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılmış, izahatı alınmışdır. Lakin borcu ödəyə bilməmişdir. Qeyd olunanlara əsasən onun barəsində İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildiridi ki, qərarın qanuni qüvvəyə minməsindən keçən bu müddət ərzində ona cəriməni ödəməsi üçün yetərincə vaxt verilməsinə və cərimənin ödənilməsi dəfələrlə tələb olunmasına baxmayaraq, o, həmin qərarı icra edə bilməmişdir. Xüsusi mülkiyyətində daşınar və ya daşınmaz əmlak yoxdur, həmçinin iş yeri də yoxdur. Hərdən fəhləlik edib ailəsini çətinliklə dolandırır. Övladı astma xəstəsidir, onun müalicəsi üçün vəsaiti çətinliklə tapır. Bu səbəbdən cərimə cəzasını icra edə bilmir. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu halları nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon Məhkəməsinin 3(016)-159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Ağsu rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, iş üzrə icraata başlanmışdır. - Şəxs Elektron icra sistemində olan səhifəsində edilmiş sorğunun cavabından görünür ki, onun xüsusi mülkiyyətində daşınar və ya daşınmaz əmlak, həmçinin rəsmi iş yeri yoxdur. - MN seriyalı, ******* nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Ağsu Rayon Məhkəməsinin 3(016)-159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmiş və İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in: 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Qanunvericiliyin normalarının tələbindən görünür ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri aşkar edildikdə İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. İş materiallarından da görünür ki, Şəxs inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, İXM-in 32.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, habelə əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin: 28.1-ci maddəsinə əsasən, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 145.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Ağsu rayon Məhkəməsinin 3(016)-159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının icrasına xitam verilməldir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 114-115 və 128-130-cu, 154, 529.2-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İnzibati tənbeh tədbirinin əvvəli inzibati xəta törədən şəxsin ictimai işlərin yerinə yetirilməsinə cəlb edildiyi andan hesablansın. Qərarın icrası Ağsu rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Ağsu rayon Məhkəməsinin 3(016)-159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-347/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-347/2023
22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver