Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-348/2023 01.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi ilə xx.xx.1994-cü il tarixdə Ağsu rayonu, Ərəbuşağı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası DİN Bakı şəhər Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:43-də Bakı, Elman Rüstəmov 26A-da idarə etdiyi “KİA RİO” minik markalı, “**-ER-***” dövlət qeydiyyat nişanlı avtomaşınla yol nişanlarının tələblərinə riayət edilməməsinə görə İXM-nin 327.1-ci maddəsinə əsasən barəsində cərimə tətbiq edilmiş və qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçməsinə baxmayaraq, qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. Bununla da İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 529.3-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* saylı elektron qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:43-də Bakı, Elman Rüstəmov 26A-da idarə etdiyi “KİA RİO” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol nişanlarının tələblərinə riayət edilməməsinə görə İXM-nin 327.1-ci maddəsinə əsasən Şəxs barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. - 09.08.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 12313062 saylı qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçməsinə baxmayaraq, qərarı icra etməmişdir. Bununlada İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, qərar, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 529.3cü maddəsinin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 529.3-cu maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsinin idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-348/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-348/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver