Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-35/2024 31.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2006-cı ildə Ağsu rayonu, Şahbəyli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu rayonu, Şahbəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs icra hakimiyyəti orqanından xüsusi icazə olmadan mülki silahdan istifadə etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahat verərək göstərdi ki, Şəxs icra hakimiyyəti orqanından xüsusi icazə olmadan mülki silahdan istifadə etmişdir. Onun barəsində İXM-nin 590.2-ci maddəsi ilə tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, mərhum babasından qalan qoşa lüləli 16 çaplı ov tüfəngi vardır. 11 yanvar 2024-cü il tarixdə günorta saatlarında mərhum babasından qalmış ov tüfəngini götürüb həmkəndlisi Elgün Nəcəfzadəyə zəng edib harada olduğunu soruşmuşdur. Elgün ona bildirmişdir ki, Ağsu şəhərinə gedəcəkdir. Elgündən xahiş etmişdir ki, Ağsu şəhərinə gedərkən onu da evdən götürsün. Bundan 10-15 dəqiqə sonra Elgün özünə məxsus “Vaz 21014” markalı avtomobili ilə yaşadığı evin qarşısına gəlmiş, ov tüfəngini də götürüb Elgünün avtomobilinə əyləşmişdir. Onlar əlində olan ov tüfəngini görüb tüfənglə hara getdiyini soruşmuşdurlar. Onlara ov etməyə getdiyini, Ağsu rayonu Arat-Curuğlu kənd yolunda onu düşürmələrini bildirmişdir. O, yolda gələrkən Arat-Curuğlu kənd yolunun kənarında 10-15 ədəd çöl quşlarının otladıqlarını görmüş, Elgündən xahiş etmişdir ki, avtomobilini saxlasın və həmin quşları ov tüfəngi ilə vursun. Elgün avtomobili yolun kənarında saxlamış, həmin vaxt avtomobilin arxa oturacağında olan pəncərəni açmış, tüfəngi pəncərədən çıxardaraq yolun kənarında olan çöl quşlarını hədəf almış və bir dəfə atəş açaraq həmin quşlardan birini vurmuşdur. O, avtomobildən düşərək ovladığı çöl quşunu götürmüş və Elgünün idarə etdiyi avtomobilin arxa yük yerinə qoymuşdur. Sonra onlar avtomobillə Ağsu şəhəri istiqamətində hərəkət etmək istədiyi vaxt polis əməkdaşlarını görmüşlər, Elgün istiqamətini dəyişərək Arat-Curuğlu kəndi istiqamətinə hərəkətini davam etmiş, bu zaman polis əməkdaşlarının gəldiyini görüb ovladığı bir ədəd çöl quşunu avtomobilin yük yerindən götürüb pəncərədən çölə atmışdır. Sonra polis əməkdaşları onları saxlamış, avtomobildə olan ona məxsus ov tüfəngini görüb götürərək ov tüfənginə aid sənədlərinin olub olmadığını soruşmuşdur. Onlara ov tüfənginin mərhum babasından qaldığını ov etmək üçün müvəqqəti götürdüyünü, bir ədəd çöl quşu ovladığını bildirmişdir. Sonra polis əməkdaşları onu və onunla birgə olan Elgün Nəcəfzadə və Samir Manafovu rayon Polis Şöbəsinə gətirmişlər. Barəsində yüngül inzibati tənbeh tədbirinin verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 31 yanvar 2024-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs icra hakimiyyəti orqanından xüsusi icazə olmadan mülki silahı evində saxlamışdır. İş materiallarına əlavə edilən Ağsu rayon X5 Qrupunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasn toplanmış matereal üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barələrində İXM-in 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nin X2 göndərilmiş, götürülmüş bir ədəd 16 kalibrli, “64626-59” nömrəli ov tüfəngi Azərbaycan Respublikası Maddi Texniki Təminat Baş İdarəsinin silah anbarına təhvil verilənə kimi üçün Ağsu RPŞ-nin saxlanc anbarında saxlanmışdır. Göründüyü kimi, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bir ədəd 16 kalibrli, “64626-59” nömrəli ov tüfəngi müsadirə edilməklə barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bir ədəd 16 kalibrli, “64626-59” nömrəli ov tüfəngi müsadirə edilməklə 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-35/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-35/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver