Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-351/2023 25.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X15 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Cəmaləddin oğlunın, Zərərçəkmiş şəxs X12, X2 və X4 iştirakları ilə, xx.xx.1981-ci ildə Ağsu rayonu Ərəbsərvan kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu Ərəbsarvan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Cəmaləddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Cəmaləddin oğlu xx.xx.2023-cü il tarixdə X12, X2 və X9 ilə mübahisə edərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi X11 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs Cəmaləddin oğlu xx.xx.2023-cü il tarixdə X12, X2 və X6 döyərək sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs Cəmaləddin oğlu barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda məhkəmədən Şəxs Cəmaləddin oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Cəmaləddin oğlu izahatında göstərmişdir ki, X12, X2 və X7 qarşı qəsdən hər hansı hərəkət törətməmişdir,onlar onun yaşadığı evə gəlmiş və nəticədə mübahisə baş vermişdir. Anasına qarşı olan hadisədən peşmandır, gələcəkdə belə bir hərəkətin baş verməyəcəyinə söz verir və barəsində tərtib edilmiş protokolun icrasına xitam verilməsini xahiş edir. Bu barədə ərizəni də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X12, X2 və X9 verdiyi izahatlarında göstərmişdir ki, Şəxs Cəmaləddin oğlu onlardan üzr istəmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Bu barədə ərizəni də məhkəməyə təqdim etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Cəmaləddin oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs Cəmaləddin oğlu xx.xx.2023-cü il tarixdə X12, X2 və X6 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. - Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 avqust 2023-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmiş, Şəxs Cəmaləddin oğlu barəsində İXMnin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağsu RPŞ-nin İTB-nə göndərilmişdir. - X12, X2 və X4 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, X12, X2 və X1 Emin Cəmaləddin oğlu ilə barışmışlar və ona qarşı heç bir şikayəti və tələbləri yoxdur. - Şəxs Cəmaləddin oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, İdrisov X3 Əzizə Əli qızı, X2 və X9 ilə barışmış və işin icraatına xitam verilməsini xahiş etmişdir. İXM-nin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Cəmaləddin oğlu ilə X12, X2 və X9 barışdıqlarından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nın 43, 53, 105.1, 106-110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Cəmaləddin oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-351/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-351/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver