Məhkəmə qərarları › İş №3(016)-352/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-352/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-352/2023 28.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Tahirli Afər Telman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Ağsu rayonu, Ağabəyli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağsu rayonu, Ağabəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 22:50 radələrində dayısı oğlu Bəhruz Abdullasoy ilə birlikdə etibarnamə ilə ona məxsus olan Ford Transit markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadıqları Ağabəyli kəndindən Ağsu rayonu istiqamətində gedən zaman PPX əməkdaşları avtomaşını saxla işarəsi vermiş, həmin vaxt sükan arxasında dayısı oğlu içkili olduğu üçün o imiş. PPX əməkdaşları onlara yaxınlaşmış, onun sərxoş olub olmadığını soruşmuşlar. Sürücü Şəxs bildirmişdir ki, spirtli içki qəbul etməyib. Onlar polisə etibarnamə olmadığını bildirmişlər, bu zaman aralarında mübahisə yaranmış, o, mobil telefonla videoçəkiliş etmişdir. Daha sonra polis əməkdaşları onları nizam-intizama dəvət etmişlər və onlar birlikdə RPŞ-yə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə X4 ilə Ağsu rayon ərazisində xidmətdə olan zaman Ağsu rayonu, Ağabəyli kəndində saat təxminən 21:34 radələrində Ford markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığı və şübhə doğurduğu üçün avtomobilin yanında saxlamaq, avtomobilin sürücüsü avtomobili hərəkətə gətirmək istəyən zaman, avtomobili saxlamasını bildirmişlər, sürücünün avtomobili saxladığını və qarşıda əyləşən sürücü ilə yerlərini dəyişdiklərini görmüşlər. Onlar həmin vaxt sürücüdən nə üçün sükan arxasında yerlərini dəyişdiklərini soruşmuş, sürücü onlara bildirilən iradı səmimi qəbul etməyərək onlarla mübahisə etmiş, əsəbi halda ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Həmin avtomobildə olan sərnişin sürücü ilə birlikdə polisin qanuni tələblərinə tabe olmamışlar. Onlar həmin şəxsləri nə qədər nizam-intizama dəvət etsələr də onlar öz xoşagəlməz hərəkətlərini davam etdirmişlər. Həmin vaxt sürücünün sərxoş vəziyyətdə avtomobil idarə etdiyini müəyyən etmişlər. Daha sonra xidmətdə olan YPX əməkdaşlarını hadisə yerinə dəvət etmişlər və avtomoibili YPX əməkdaşlarına təhvil vermiş, hər iki vətəndaşı sürücü və sərnişini RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə X3 ilə Ağsu rayon ərazisində xidmətdə olan zaman Ağsu rayonu, Ağabəyli kəndində saat təxminən 21:34 radələrində Ford markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığı və şübhə doğurduğu üçün avtomobilin yanında saxlamaq, avtomobilin sürücüsü avtomobili hərəkətə gətirmək istəyən zaman, avtomobili saxlamasını bildirmişlər, sürücünün avtomobili saxladığını və qarşıda əyləşən sürücü ilə yerlərini dəyişdiklərini görmüşlər. Onlar həmin vaxt sürücüdən nə üçün sükan arxasında yerlərini dəyişdiklərini soruşmuş, sürücü onlara bildirilən iradı səmimi qəbul etməyərək onlarla mübahisə etmiş, əsəbi halda ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Həmin avtomobildə olan sərnişin sürücü ilə birlikdə polisin qanuni tələblərinə tabe olmamışlar. Onlar həmin şəxsləri nə qədər nizam-intizama dəvət etsələr də onlar öz xoşagəlməz hərəkətlərini davam etdirmişlər. Həmin vaxt sürücünün sərxoş vəziyyətdə avtomobil idarə etdiyini müəyyən etmişlər. Daha sonra xidmətdə olan YPX əməkdaşlarını hadisə yerinə dəvət etmişlər və avtomoibili YPX əməkdaşlarına təhvil vermiş, hər iki vətəndaşı sürücü və sərnişini RPŞ-yə gətirmişlər. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 28 avqust 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 27 avqust 2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İş materiallarında olan TP ******* nömrəli “İnzibati xəta haqqında” qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30-da idarə etdiyi “Ford-transit” minik markalı, “**- LN-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə, İXM-in 332.2-ci maddəsinə əsasən onun barəsində cərimə tətbiq edilmişdir. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadəsi, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. xx.xx.2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolu ilə müəyyən olunur ki, X2 avtomobili idarə edərkən sərxoş olmamışdır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 28 avqust 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar