Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-353/2025 03.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə gecə saat 2 radələrində özünə məxsus “VAZ 2107” minik markalı, **-HO- *** dövlət qeydiyyat nişanlı avtomobili öz xalası oğluna sürmək üçün vermiş, özü sərnişin qismində maşına əyləşmişdir. Onlar Ağsu şəhəri, Vidadi küçəsində yerləşən “Bolmart” mağazasının yanına gəlmiş, orada bir neçə dəfə siqnal vermiş, ətrafdakı insanların diqqətini öz üzərlərinə çəkməyə çalışmışlar. Polis əməkdaşları onlara yaxınlaşıb etdikləri əməlin inzibati xəta olduğunu bildirmiş, sənədləri yoxlayan zaman maşını idarə edən şəxsin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi məlum olmuşdur. Daha sonra onlar izahatları alıması üçün RPŞ-nə dəvət olunmuş, Şəxs RPŞ-nə gəlməkdən imtina etmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, uca səslə nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən, barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2025-ci il gündüz Ağsu şəhəri ərazisində hərəkətdə olan zaman 2 nəfər polis əməkdaşı onun maşınına əyləşmiş, onları “Bolmart” marketin yanına aparmasını istəmiş, o, polis əməkdaşlarını orda düşürmüş, əməkdaşlar ona heç bir pul vermədən maşından düşüb getmişlər. O, polis əməkdaşlarından pulunu istəmiş, əməkdaşlar ona heç bir pul verməmiş, onun borcu olduğunu bildirmişlər. Daha sonra həmin günün axşamı o, maşını xalası oğluna vermiş, onunla birlikdə olmartın qarşısına getmişlər. Oraya yenidən polis əməkdaşları ona yaxınlaşmış, səədləri yoxlamış, barəsində protokol tərtib ediləcəyini bildirmişlər. O etiraz etmiş, polis əməkdaşları ona təpik vuraraq polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə oğlu onu bazara aparan zaman, yolda 2 nəfər polis əməkdaşı onları saxlamış, oğluna onları Bolmart marketin yanına aparmasını bildirmişlər. Oğlu onları marketin yanına apardıqdan sonra, polis əməkdaşları ona pul vermədən və heç bir şey demədən çıxıb getmişlər. Daha sonra oğlu onu bazara aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə o işdən çıxmış, maşın sürmək istəmiş, xalası oğlunun maşını ilə Bolmart marketin qarşısında maşın sürmüşdür. Getmək istəyən zaman xalası oğlu marketdə olan mühafizəçiyə sağol demək üçün siqnal vermiş, bu zaman post patrul əməkdaşları onlara yaxınlaşmış, ictimai asayişi pozduqlarını bildirib sənədlərini yoxlamışlar. Daha sonra onun sürücülük vəsiqəsi olmadan maşın sürdüyü məlum olmuş, ona cərimə yazmışlar. Polis əməkdaşlarının Şəxs döydüyünü görməmişdir. O, həmin vaxt ona yazılan protokolla bağlı sənədləri imzalayırmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində Ağsu RPŞ-nin PPXB-nin taqım komandiri polis leytenantı Əliqasım Məmmədov ilə Ağsu şəhəri, Vidadi küçəsində xidmətdə olan zaman Vaz-2107 markalı, göy rəngli, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün dəfələrlə səbəbsiz yerə avtomobilin siqnalından istifadə edib səs-küy salmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib inzibati xəta tərkibi törətdiyini bildirmişlər. Daha sonra sürücü özünü təqdim etdikdən sonra sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi müəyyən olunmuş, daha sonra həmin şəxsin barəsində protokol tərtib olunması üçün həmin əraziya YPX-nin əməkdaşlarını dəvət etmişlər. YPX-nin əməkdaşları həmin əraziyə yaxınlaşdıqdan sonra sürcünün yanında olan sərnişin onlara avtomobilin sahibi olmasını bildirib öz barəsində və sürücünün barəsində protokol tərtib olunacağını öz etirazını bildirib, YPX-nin əməkdaşlarının qanuna müvafiq protokol tərtib etməsinə maneəçilik yaratmağa başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizma dəvət etsələr də vətəndaş onların qanuni tələblərinə məhəl qoymayıb uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsə də vətəndaş onların qanuni tələblərinə qəsdən tabe olmayıb ünvansız küçə söyüşləri işlətməyə başlamışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXMin 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 03 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. - “İnzibati qaydada tutma haqqında” 03 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:20-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 03 dekabr 2025-ci il tarixdən, saat 02:20-dən hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-353/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-353/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver