Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-354/2025 04.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X17 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X3, Zərərçəkmiş şəxs X4, onun etibarnamə üzrə nümayəndəsi X6, X1, Ağsu rayon İcra Hakimiyyəti başçısı və Qəyyumluq şöbəsinin humanitar məsələlər üzrə nümayəndəsi Umud Cavid oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Ağsu rayonu anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağsu rayonu, Qiyaslı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə həyat yoldaşı X5 döyərək xəsarət yetirmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X8 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X5 döyərək sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, zərərçəkmişlə barışıq əldə edib və barəsində tərtib edilmiş protokolun icrasına xitam verilməsini xahiş edir. Bu barədə ərizəni də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 verdiyi izahatında göstərmişdir ki, Şəxs ilə barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Bu barədə ərizəni də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X13 izahat verərək qızının dediklərini müdafiə etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahat verərək bildirmişdir ki, oğlu Həsənov Şəxs Şəbnəmlə 2013-cü ildə ailə həyatı qurmuş və bu nikahdan 1 uşaqları olmuşdur. Şəbnəmlə normal münasibətləri olmuşdur. Onunla arasında heç bir söz-söhbət olmamışdır. Saat 17:00 radələrində yaşadığı evdə olmuşdur. Şəbnəm bu barədə düzgün məlumat verməmişdir. Onun bu məzmunda müraciət etməsinin səbəbini bilməmişdir. Məlum vaxtı gəlini Şəbnəmlə oğlu arasında mübahisə belə baş verməmişdir. Oğlu Bəxtiyar həmin vaxt yoldaşı Şəbnəmi döyməmiş, söyməmiş və belə bir şey olmamışdır. Şəbnəmin dedikləri şər və böhtandır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə X5 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. - Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağsu RPŞ-nin İTB-nə göndərilmişdir. - X4 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, X2 Bəxtiyar Zaid oğlu ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. - Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Həsənov Şəxs Şəbnəm Vaqif qızı ilə barışmış və işin icraatına xitam verilməsini xahiş etmişdir. İXM-nin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığına görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nın 43, 53, 105.1, 106-110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-354/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-354/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver