Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-356/2024 24.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X9 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə Ağsu-Navahi yolunda vaz 2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vaz 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin toqquşması nəticəsində beş nəfər şəxs xəsarət almışdır. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən vaz 2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi barədə (İnzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirilməsi halına görə) inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 05 iyun 2024-cü il tarixdə özünə məxsus vaz 2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağsu rayonu, Navahı kənd istiqamətindən Ağsu şəhəri istiqamətində hərəkətdə olarkən, yolda halının pisləşdiyi üçün idarə etdiyi avtomobilə nəzarəti itirdiyini, yolun əks hərəkət hissəsinə çıxdığını, idarəetməni itirdiyi üçün Ağsu şəhərində Ağsu rayonu, Navahı kənd istiqamətində hərəkətdə olan vaz 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. O, toqquşma baş verdikdən sonra qəfil özünə gəldiyini və yol nəqliyyat hadisəsi törətdiyini bilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi faktı əsasında toplanmış materiallar üzrə Ağsu şəhəri, 20 Yanvar küçəsi, ev 50-də yaşayan Şəxs barəsində toplanmış material üzrə əməlindən cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə materiala əlavə edilmiş MTE və PAB-nın PHŞ-i Göyçay rayon şöbəsinin 161 saylı ekspert rəyindən görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində-sağ burun qanadı nahiyyəsində əzilmiş yara fonunda burun sümüyünün yerdəyişməyən sınığı küt bərk əşyanın təsirindən törənmişlər, avtomobil qəzasında əmələ gəlməsi halı inkar edilmir, dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma aiddirlər. xx.xx.2024-cü il tarixdə materiala əlavə edilmiş MTE və PAB-nın PHŞ-i Göyçay rayon şöbəsinin 160 saylı ekspert rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində-üzün sol yanaq nahiyyəsində qançır və sol körpücük sümüyü proyeksiyasında dərinin epidermis qatının sıyrılmış yarası küt bərk əşyanın təsirindən törənmişlər, avtomobil qəzasında əmələ gəlməsi halı inkar edilmir, sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2024-cü il tarixdə materiala əlavə edilmiş MTE və PAB-nın PHŞ-i Göyçay rayon şöbəsinin 159 saylı ekspert rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət və xəsarət izi aşkar edilmədi. xx.xx.2024-cü il tarixdə materiala əlavə edilmiş MTE və PAB-nın PHŞ-i Göyçay rayon şöbəsinin 163 saylı ekspert rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət və xəsarət izi aşkar edilmədi. xx.xx.2024-cü il tarixdə materiala əlavə edilmiş MTE və PAB-nın PHŞ-i Göyçay rayon şöbəsinin 162 saylı ekspert rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində-sağ bud çanaq oynağı nahiyyəsinin yuxarı 1/3-nin bayır səthlərində və sağ asağrı nahiyyəsinin yuxarı iç hissəsində qançırlar küt bərk əşyanın təsirindən törənmişlər, avtomobil qəzasında əmələ gəlməsi halı inkar edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərdir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-nin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasının həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-356/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-356/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver