Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-357/2024 31.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi ilə, xx.xx.1991-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 399-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli qərara əsasən fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 399-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qeyd edilən qərarda göstərilmişdir ki, fiziki şəxs Şəxs “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etmədiyi halda gəlir əldə etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri ərazisində X1 özünü vəkil kimi təqdim edərək hüquqi yardımın göstərilməsi haqqında saxta müqavilə təqdim edib nikahın pozulmasına kömək edəcəyini vəd edərək Gülzar Abıdovanın 500 manat məbləğində pulunu ələ keçirmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsi ilə nəzərdə tutulmuş vəkil adından qanunsuz istifadə inzibati xətasını törətmişdir. Qeyd olunanlar X2 və Şəxs izahatları, Azərbaycan Respublikası Vəkillər Kollegiyasından Baş Prokurorluğa daxil olmuş xx.xx.2024-cü il tarixli 626 saylı məktubla təsdiq olunmuşdur. Şəxs Gülzar Abıdovanın izahatında göstərdiyi xüsusatları təsdiq edərək, Vəkillər Kollegiyasının üzvü olmadığını, Gülzar Abıdovaya özünü vəkil kimi təqdim edərək 500 manat məbləğində pulunu aldığını etiraf etmiş, X2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə əri Seymur Abıdovla nikahın pozulması üçün Ağsu Rayon Məhkəməsinə getmiş, sonradan Şəxs özünü ona vəkil kimi təqdim edərək hüquqi yardım göstərilməsi üçün müqavilə təqdim etmiş və 500 manat məbləğində pul tələb etmiş, o da müqaviləni imzalayaraq 500 manat pulu Şəxs vermiş, Şəxs onu aldatdığını müəyyən etdikdən sonra sonuncu ona pulu geri qaytarmış, Şəxs barəsində şikayət və ya tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar edilmələrinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə elektron məktub ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 399-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarından olan xx.xx.2024-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qəraradan görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasından daxil olmuş müraciət ilə əlaqədar toplanmış 02/2-190c-24 saylı material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.7-ci madəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan material həmin hissədə hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 399-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 399-cu maddəsinə əsasən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 399-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 399-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 399-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-357/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-357/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver