Məhkəmə qərarları › İş №3(016)-358/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-358/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-358/2023 28.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X1 X8 nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 iştirakları ilə, Azərbaycan Respublikası Qida X1 X8 “İnzibati tənbeh vermə haqqında” 14 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida X1 X8 “İnzibati tənbeh vermə haqqında” 14 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Ağsu rayonu, Qaraqaşlı kənd sakinidir. Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində “111 Pub” çay evi işlədir. 2023-cü ilin avqust ayında müəyyən sənədlərlə bağlı Ağsu rayon Polis şöbəsi tərəfindən bir müddət icarəyə götürüb işlətdiyi “111 Pub” çay evinin fəaliyyəti dayandırılmışdır. Belə olan halda təbiidir ki, obyektdəki soyuducuda olan qida məhsulları əriyib və öz keyfiyyətini itirsin, lakin həmin qida məhsullarını istifadə etməmiş və heç bir müştəriyə təqdim etməmişdir. Qida X1 X8 əməkdaşları gəlib ona heç bir xəbərdarlıq etmədən 600 manat cərimə yazmışlar. O, Qida X1 X8 əməkdaşlarına obyektin müəyyən səbəblərdən bağlı olmasını və bu gün açıldığını bildirsə də sözünə heç bir məhəl qoymayıb ona izibati cərimə tətbiq etmişlər. Qeyd olunan qərar qanunsuz və əsassız, onun hüququnu pozmaqla tərtib olunmuşdur və heç bir sübuta əsaslanmır. Əgər belə bir xətaya yol vermişdirsə Qida X2 Regional Bölməsinin əməkdaşları onun və ya ofisiantın həmin qida məhsulunu müştəriyə təqdim etdiyi barədə hər hansı sübutu olmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X10 məhkəmə iclasında şikayətdə göstərilənləri müdafiə edərək şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Qida X1 X8 “İnzibati tənbeh vermə haqqında” 14 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Həmçinin göstərmişdir ki, 5 gün idi ki, kafe işləmirdi və polis tərəfindən oraya daxil olmağa qadağa qoyulmuşdu. Bu səbəbdən, orada olan soyuducuların bəziləri sönmüşdü. Qida X2 Regional Bölməsinin əməkdaşları yoxlamaya gəlməzdən 5 gün qabaq ona məlumat verməli idilər. Lakin ona bu barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin nümayəndəsi X11 məhkəmə iclasında bildirmişdir ki, onlar planlı yoxlama aparmışlar. Yoxlamadan əvvəl sahibkara məlumat verilir. Onlar da əvvəlcədən bildirmiş, sonra obyektə getmişlər. Eşqin onlarla görüşmüş, obyektin polis tərəfindən bağlandığını bildirmişlər. Yoxlama zamanı onlar obyektdə soyuducunun işləmədiyini, soyuducuda çiy balıq, mal əti və ərimiş şokolad olduğunu aşkar etmişlər. Soyuducu işləməyəndə içərisindəki məhsullar zəhərlənmə verə bilər. Göstərilənlərə əsasən, şikayətin rədd olunmasını, “İnzibati tənbeh vermə haqqında” qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2023-cü il tarixli “Yoxlamanın nəticələri üzrə” qərarın surətindən görünür ki, inzibati xəta əlamətləri aşkar olunduğu üçün inzibati xəta ilə bağlı işə baxılmasına dair zəruri tədbirlərin görülməsinin təmin edilməsi və qərarda göstərilən pozuntuların xx.xx.2023-cü il tarixədək aradan qaldırılması və bu barədə Azərbaycan Respublikası X4nə məlumat verilməsi qərara alınmışdır. - “İnzibati tənbeh vermə haqqında” 14 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X3 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 4 ünvanında fəaliyyət göstərən “111 Pub” kafesində malların saxlanması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına və temperatur rejiminə əməletməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 444.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(016)-336/2023 nömrəli qərardan görünür ki, X10 barəsində İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İXM-in 444.1-ci maddəsinə əsasən, malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X10 İXM-in 444.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, X10 tərəfindən həmin inzibati xətanın törədilməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, plan üzrə (növbəti) yoxlama sahibkarın sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatdığı tarixdən, barəsində plan üzrə (növbəti) yoxlamalar aparılmamış sahibkara münasibətdə isə onun dövlət qeydiyyatına alındığı tarixdən cari plan üzrə (növbəti) yoxlamanın başlandığı ana qədər olan fəaliyyət dövrünü, lakin hər bir halda son üç ildən artıq olmayan dövrü əhatə edir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən, yoxlama yalnız onun aparılması haqqında qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır. Yuxarıda göstərilən normaların tələbindən göründüyü kimi, sahibkarlıq subyektlərində yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Sahibkarlıq subyektlərində yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlama aparıldığı halda, yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilməlidir. Lakin Azərbaycan Respublikası Qida X1 Şirvan Regional Bölməsi plan üzrə yoxlamanının aparılması haqqında qərarın surətini və yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı barədə bildirişi yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 göndərməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da, yoxlayıcı orqan yoxlamanın aparılması qaydalarını pozmuşdur. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, yoxlama aparılan zaman və ondan 5 gün əvvəlki müddət ərzində “111 Pub” kafesi fəaliyyət göstərməmiş və müştəri qəbul etməmişdir. Buna səbəb də, polis tərəfindən kafeyə daxil olmanın qadağan edilməsi olmuşdur. Belə olan təqdirdə, həmin kafedə olan yeyinti məhsullarının xarab olması halı baş verə bilər. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin, İXM-in vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın ( vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X6 inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası Qida X1 X8 “İnzibati tənbeh vermə haqqında” 14 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməklə, X10 inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 114, 115, 117 və 134.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida X1 X8 “İnzibati tənbeh vermə haqqında” 14 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin, X10 inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar