Məhkəmə qərarları › İş №3(016)-358/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-358/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-358/2025 23.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 398-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan X1 İXM-in 398ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan məhkəmə iclasında təmsil edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, təqsirini etiraf edir, dəymiş ziyanı ödəmişdir. Bu səbəbdən, inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X2 xüsusi razılıq (lisenziya) olmadan stomatoloji fəaliyyətlə məşğul olmuşdur. - X1 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, ünvan 1 ünvanında yerləşən “X4” obyektində fəaliyyət göstərdiyi müddət ərzində 450 manat gəlir əldə etmişdir. Atası xəstə olduğu üçün obyekti gec-gec açır. Bu fəaliyyətlə əlaqədar xüsusi razılıq yoxdur, yaxın zamanda lisenziya əldə edəcəkdir. - “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X2 (VÖEN: **********) lisenziya tələb olunduğu halda, belə lisenziya olmadan xx.xx.2025-ci il tarixdə, saat 11:29-da tibbi (stomatoloji) fəaliyyətlə məşğul olması aşkar edilmişdir. Akt inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən imzalanmışdır. - xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, X2 450 manat məblğində pulu Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin hesabına köçürmüşdür. İXM-in 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. İXM-in 398-ci maddəsinin qeydinə əsasən, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödədiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında İXM-in 398-ci ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X2 barəsində İXM-in 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin maddənin qeydinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar