Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-36/2024 01.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Şamaxı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs X2 əmlakını gizli yolla oğurlamışıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X5 tanımır, ədavət və düşmənçiliyi yoxdur, o, əlvan və qara metal yığaraq ailəsini dolandırır. Etibarnamə ilə ona məxsus olan ”Qaz 2411” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə metal yığaraq Şamaxı rayonunda yerləşən metal qəbulu məntəqələrinə təhvil verir. 04 yanvar 2023-cü il tarixdə səhər tezdən yaşadığı evdən ”Qaz 2411” markalı avtomobili ilə çıxıb İsmayıllı rayonu, Basqal kəndinə metal qəbul etmək üçün getmişdir. Saat təxminən 10:15 radələrində Basqal kəndindən qayıdıb Şamaxı rayonuna gedərkən Muğanlı-İsmayıllı yolunun 11-ci km-də Ağsu rayonu, Quzay kəndi ərazisində fəaliyyət göstərməyən kafenin yanında dəmir boru, stol və manqal olduğunu görüb avtomobilini həmin yerdə saxlamışdır. Daha sonra avtomobildən düşüb boruları avtomobilin arxa yük yerinə, stolları isə avtomobilin ban hissəsinə yığıb Şamaxı şəhərində metal qəbulu ilə məşğul olan Vidadi adlı şəxsin yanına gətirmişdir. Vidadi ona dəmirləri kiloqramı 40 qəpikdən alacağını bildirmişdir. Bundan sonra o, dəmirləri yerə boşaltmaq istəyən vaxtı Ağsu RPŞ-nin əməkdaşları gəlib onu orada saxlamış, oğurladığı dəmirlərlə və idarə etdiyi avtomobil ilə birlikdə Ağsu RPŞ-nə gətirmişdirlər. Oğurluğu tək etmişdir, Vidadinin dəmirlərin oğurluq olduğunu bilməmiş, onun avtomobili idarə etmək üçün sürücülük hüququ olmamışdır. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Bu səbəbdən, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs ona vurmuş olduğu 40 manat məbləğində ziyanı ödəmişdir. Bu səbəbdən, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə X6 məxsus Muğanlı-İsmayıllı yolunun 11-ci km-də yerləşən kafedən dəmir boruları, stolları, manqalı oğurlamışdır. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materillarına əlavə edilən “İnzibati xəta haqqında” 31 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan göründüyü kimi, Şəxs xx.xx.2024-cü il tarixdə X6 məxsus Muğanlı-İsmayıllı yolunun 11-ci km-də yerləşən kafedən dəmir boruları, stolları, manqalı oğurlamışdır. İş materiallarına əlavə edilən Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 01 fevral 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində İXM-in 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi onun səmimi etirafından başqa, zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 18 yanvar 2024-cü il tarixli qərarı, “İnzibati xəta haqqında” 31 yanvar 2024-cü il tarixli protokol və digər iş materialları ilə təsdiq olunur. İXM-in 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 53.1.10-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin Şəxs və zərərçəkən şəxs X7 məhkəmə iclasında barışdıqlarından və zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənildiyindən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 39.2, 53.0.10 və 105.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, lakin zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-36/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-36/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver