Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-36/2025 10.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X10 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs X5, İnzibati xəta törətmiş Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağsu şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1, 510 və 535.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Ağsu şəhəri, S.Vurğun küçəsində “Oba” marketdə qanunsuz hərəkətlər edərək mağazada olan post terminal cihazını zədələmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Bu barədə Ağsu RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı və MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, evə ərzaq alırmış, içkili olub. Xahiş etmişdir ki, onu tez yola salsınlar. Stolun üstündə digər vətəndaşların ərzaqları var imiş. O da stolun üstündə olan ərzaqları yerə ataraq etirazını bildirmişdir. Polisə içkili olduğu üçün tabe olmamışdır. Etdiyi səhvi başa düşmüş, bir daha belə səhvlərə yol verməyəcəyinə söz vermişdir. Zərər çəkmiş “Oba” marketlə barışmış, onlar şikayətçi deyildir. Göstərilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X7 izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2023-cü ilin avqust ayından hal-hazıradək Ağsu şəhəri S.Vurğun küçəsində yerləşən Oba Marketdə mağaza müdiri işləyir. 24 dekabr 2024-cü il tarixdə saat 21 radələrində o, mağazada olmadığı zaman həmin mağazada satıcı işləyən Rza Məmmədov ona zəng edərək mağazaya bir nəfər şəxsin sərxoş vəziyyətdə gəldiyini və mübahisə edərək mağazanın ödəmə terminalını yerə vurub sındırdığını, hələ də mübahisəni davam etdirdiyini bildirib mağazaya gəlməyini istəmişdir. O da bundan 5 dəqiqə sonra Rza Məmmədovun olduğu Oba Market mağazasına yaxınlaşmışdır. Mağazaya daxil olduqda sonradan adını bildiyi Şəxs adlı şəxsin uca səslə danışaraq səs küy saldığını görmüşdür. Rza Məmmədov post terminalı gətirərək ona təqdim edib Şəxs post terminalı yerə vuraraq yararsız hala saldığını bildirmişdir. O, Şəxs yaxınlaşaraq Şəxs intizama dəvət edib sakit olmasını istəmişdir. Şəxs də mağazadan çölə çıxmışdırdı. O, Seymura su verərək sakit və səbirli olmasını bildirmişdir. Bundan sonra Şəxs mağazanın yaxınlığında gözləmiş, o isə mağazaya qayıdaraq post terminala bir daha baxaraq işləmədiyini, yararsız olduğunu görmüşdür. Bundan sonra o, mağazadan çıxaraq yaxınlıqda xidmətdə olan polis əməkdaşlarına yaxınlaşıb hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları mağazaya yaxınlaşaraq mağazanın daxilində olan video müşahidə kamerasına baxmış, videomüşahidə kamerasından Şəxs həqiqətəndə mübahisəli vəziyyət yaratdığını və mübahisənin davamı olaraq post terminalı götürərək yerə atdığını müşahidə etmişlər. Daha sonra Şəxs yenə də intizamsız hərəkətlərini davam etdirməyə başlamışdır. Bundan sonra polis əməkdaşları Şəxs sakitləşmədiyini, polis əməkdaşları ilə mübahisə etdiyini görüb Şəxs rayon polis şöbəsinə aparmışlar. Şəxslə onun arasında düşmənçilik və ya ədavət yoxdur. O, mağazaya gəldikdən sonra da Şəxs səs küy salıb uca səslə danışaraq mübahisəni davam etdirmişdir. Şəxs mübahisə edərkən mağazaya məxsus ödəmə terminalını yerə ataraq yararsız hala salmaqla maddi ziyan vurmuşdur. Şəxs hərəkətləri nəticəsində mağazada istifadə olunan A930 markalı ödəmə terminalı yararsız hala düşmüş, nəticədə mağazaya 860 manat maddi ziyan dəymişdir. Şəxs mağazada mübahisə edərkən mağazada tanımadığı müştərilər olmuşdur. Hazırda dəymiş ziyan ödənilmiş, Şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahat verərək bildirdi ki, Şəxslə onun arasında düşmənçilik və ya ədavəti yoxdur. Şəxs almaq istədiyi məhsulların pulunu ödəmək istədikdə o, Şəxs növbəsini gözləməli olmasını bildirdiyi üçün Şəxs, onunla mübahisə etməyə, uca səslə danışaraq qışqırmağa başlamışdır. Şəxs mübahisə edərkən onun üstünə qışqırıb tez yola salınmağını istəyirmiş, lakin nalayiq ifadələrdən istifadə etməmişdir. Şəxs onunla mübahisə edərkən qarşısında olan əşyaları və mağazaya məxsus ödəmə terminalını yerə ataraq yararsız hala salmaqla maddi ziyan vurmuşdur. Şəxs hərəkətləri nəticəsində mağazada istifadə olunan A930 markalı ödəmə terminalı yararsız hala düşmüş, nəticədə mağazaya maddi ziyan dəymişdir. Lakin ödmə terminalını qiymətini dəqiq bilmir. Şəxs mağazada mübahisə edərkən mağazda tanıdığı Cəlil və Emin adlı müştərilər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Eminov Rövşən izahat verərək bildirdi ki, o, Ağsu rayon polis şöbəsinin əməkdaşıdır. Həmin gün əraazidə imiş. “Oba” marketin işçiləri onları səs-küylə bağlı çağırmışdırlar. Onlar əraziyə yaxınlaşanda artıq post terminalı qırılmışdır. Vətəndaş onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahat verərək bildirdi ki, o, Ağsu rayon polis şöbəsinin əməkdaşıdır. Ərazidə xidmətdə olarkən hadisə yerinə getmiş və bu zaman münaqişə davam edirmiş. Vətəndaşı nizam intizama dəvət etsələr də, o, onların tələblərinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN seriyalı, ******* saylı və MN seriyalı, ******* saylı xx.xx.2024-cü il tarixdə Ağsu şəhəri, S.Vurğun küçəsində “Oba” marketdə qanunsuz hərəkətlər edərək mağazada olan post terminal cihazını zədələmiş, polisin qanuni tələbinə tabe olmamış və İXM-nin 232- 1-ci, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - 06.02.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 232-1-ci, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokollar, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 232-1, 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Zərər çəkmişə dəymiş ziyan ödənildiyinə və zərər çəkmiş şəxs şikayətçi olmadığına görə İXMnin 232-1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İXM-nin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığına görə xitam verilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 10 fevral 2025-ci il tarixdə ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, müəssisənin iş fəaliyyətini pozmuş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda X1 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokollar və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs təqsirini etiraf edib peşman olmasını, polisin qanuni tələblərinə qəsdən tabe olmamaya görə polisdən üzr istəməsini, ailəli olmasını İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şərh olunanlara əsaslanaraq və İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-36/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-36/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver